Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Hərbçi şair Vətənin və Sözün keşiyində

Hərbçi şair Vətənin və Sözün keşiyində

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dağlar diyarı Yardımlının Horavar kəndində dünyaya göz açmış istedadlı söz-sənət adamlarından biri də Maşallah Məftundur. Ötən əsrin 70-ci illərinin sonu - 80-ci illərinin əvvəllərində ədəbiyyata gəlmiş gənc şair ədəbi mühitdə öz sözü, mövzusu ilə seçilib, tanınıb. Daha sonra I Qarabağ müharibəsi başlayanda qələmini süngüyə çevirib. Onun vətənpərvərlik ruhunda gözəl şeirləri döyüşçüləri qələbəyə səsləyib. Atəşkəs dövründə yeni yaranan “Hərbi nəşriyyat”da redaktor vəzifəsində çalışıb. Hərbçi-şair Vətən kimi sözün də keşiyini çəkir.

...Onda hələ Bakıya təzəcə gəlmişdi. Böyük şəhər, geniş küçələr, prospektlər, gözəl qızlar. Birinə könül verdi, amma qız ona soyuq baxdı. Onda gur qara telli, dağ vüqarlı gənc şair təəssüf hissini o qıza yazdığı son şeirində belə ifadə etdi:

Nə vaxtdı düşmüsən üstümə mənim,
Ahəstə durmusan qəsdimə mənim.
Toxunub könlümə, şəstimə mənim
Deyirsən şəhərlə kəndinki tutmaz...

Maşallah Məftun sonra Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu btirdi. Doğma vətəninə qayıdaraq, şair kimi yenicə tanınırdı ki, Azərbaycan Qarabağ dərdi ilə üz-üzə qaldı. Onda gənc şair müsəlləh əsgər olmağa üstünlük verdi və zabit kimi döyüşlərə atıldı. Mübariz misraları ilə silahdaşlarını və xalqını ruhlandırdı:

Odların içindən çıxan millətim,
Kölə zəncirini qıran millətim,
Zülmət gecələri yaran millətim,
İlhamla, inamla gedir sabaha!

Maşallah Məftunun ard-arda çıxan “Ümidimin işığı”, “Keçmişin harayı”, “Gözlə, gələcəyəm” və sair kitabları onun duyğu və düşüncələri əsasında yazılan poetik tərcümeyi-halıdır. Sonra çıxan kitablarının da adları fərqli olsa da, ümumi qayəsi birdir: hər şey Vətən naminə, hər şey millət uğuruna!

Onun “Gəlimli-gedimli (gülləri açılan, güllələri saçılan) dünya” adlı kitabına resenziyasında şair, folklorşünas, filologiya üzrə elmlər doktoru İslam Sadıq yazır: “20 ildən çox Azərbaycan Milli Ordusunun geyimini böyük qürurla əynində gəzdirən şair dostum Maşallah Məftun hərbi libasını soyunsa da, gözündən qırağa qoymayıb. Bu kitabının təkcə çölü - üz qabığı Azərbaycan Milli Ordusunu xatırlatmır. Onun içindəki şeirlərin hərəsi, sanki bir Azərbaycan əsgəridir. Sonuncu cümləni elə-belə demədim. Onda böyük həqiqət var. Hələ orasını demirəm ki, Maşallah bu şeirlərdə igid, qorxmaz, mərd, qurd ağızlı, pələng pəncəli əsgər və zabitlərimizin obrazları ilə yanaşı, qorxaq, namərd, satqın, qanı qarışıq olanların da surətini yaradıb. O, söz döyüşündə də hədəfi düz seçir, dəqiq tuşlayır və tətiyi də bircə dəfə çəkir”.

Şairin qələm dostu Əbülfət Mədətoğlunun fikrincə, Maşallah Məftunun şeirlərini oxuyub məftun olmamaq, “maşallah!” deməmək mümkün deyil: “Maşallahın özünəməxsus poeziyası elə özü kimi bir bütövlük ifadə edir. Yəni necə duyur, necə hiss edir, necə yaşayırsa, fikirlərini də, düşüncələrini də o cür ortaya qoyur. Mənə elə gəlir ki, onun döyüş həyatı sözünün sərrastlığını daha da artırıb. Bu mənada, stolüstü kitabım olan “Gəlimli-gedimli gülləri açılan, güllələri saçılan dünya” kitabında oxuyub başa çıxdığım şeirlərin hamısında mən Maşallahla üz-üzə oturdum. Burdakı şeirlərin hamısı, elə bil ki, birnəfəsə yazılıb. Istər bu şeirlər Qarabağ atlarına ünvanlansın, istər türk əsgərinə, istərsə də qələm adamlarına, söz xridarlarına... Demək istəyirəm ki, bu şeirlərin hamısının üzü də, astarı da halallıqdır, səmimiyyətdir, gerçəklikdir”.

Təxminən, 20 il əvvəl çapdan çıxmış “Dağların söz xəzinəsi” adlı almanaxda 7-8 şeirinin dərc olunmasını da o, eyni sevinc və fərəhlə qarşılayıb. Axı, həmin topluda ata yurdu Yardımlıda doğulub boya-başa çatan 50-yə qədər şair və yazıçı ilə bərabər, Maşallah Məftun da sevilə-sevilə təqdim olunub.

Ulu xaqanların köküyəm, soyam,
Bəlkə də nəslimin sonuncusuyam,
Bəlkə də səranın onuncusuyam,
Bizi özümüzə qaytar, İlahi,
Bizi özümüzə qaytar, İlahi!

Hələ Vətən müharibəsindən çox-çox əvvəl şair-publisist Maşallah Məftun yazırdı:

BMT-si belə, ATƏT-i belə,
Hələ də, hələ də gözlərdə kədər.
“Atəşkəs” imzası elə qoyulub,
Susuruq hələ də bu günə qədər.

Nəhayət, şairin həsrətində olduğu məqam yetişdi, Vətən uğrunda müqəddəs, həlledici savaş başlandı. Zəfər yürüşümüz Şuşada başa çatdı və ömrü boyu Vətən amalına xidmət edən şairin daha işıqlı şeirləri doğuldu. Şuşa alınanda onun yazdığı müjdəli şeirləri qeyrət qalasına saf sevgi etiraflarıdır:

Sən ali rütbəmsən, ali sözümsən,
Vuran ürəyimsən, görən gözümsən,
Mən sənin özünəm, sən də özümsən,
Başımın tacısan, tacım, ay Şuşa!

Filologiya üzrə fəlsəfə doktoru, şair Adilə Nəzərin yazdığına görə, Maşallah Məftunun sərbəst vəzndə şeirlərinin çoxu “qafiyəli bir düşüncə” deyil, “düşüncəli bir hiss” üzərində qurulub: “Bu da ona imkan verir ki, sözün sərhədlərindən çox, mənanın sərhədsizliyinə vararaq oxucunu da öz poetik düşüncə yoluna cəlb etsin. Şeirlərini oxuduqca bu qənaətə gəlirsən ki, Maşallah Məftun üçün poeziya yalnız qafiyə və vəzn içində döyünən bir ritm deyil, ruhun özünəməxsus axınıdır.

Dünya köhnə, sən də köhnə,
Zaman bu gün köhnə səhnə,
Xanəxərab bir bəhanə...
Bir türkü de, bir türkü de.

Maşallah Məftunun “Güllərin soyqırımı” adlı irihəcmli poeması unudulmaz şair Nurəngiz Günə həsr olunub. Yenicə əbədiyyətə qovuşmuş Xalq şairi Nəriman Həsənzadə bu poema haqqında sanballı Ön söz yazıb. Poemanın müəllifi burada sözün fəlsəfi baxımdan alt qatlarına enməyə çalışaraq, şairliyin ictimai-əxlaqi məramı haqqında fikirlərini poetik dillə ifadə edib. Poemanın ana xətti şairin döyüşkən, mübariz ruhlu olması kimi bədii motivlərdən ibarətdir.

Şair-publisist Maşallah Məftun Azərbaycan poeziyasına verdiyi töhfələrə görə “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb. Ömrünün müdriklik çağını yaşayan qələm dostumuza daha böyük uğurlar diləyirik!

Ə.NƏCƏFXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri