Icma.az
close
up
RU
“S&P : ABŞ ın yeni tarifləri əksər ölkələrdə iqtisadi artıma mənfi təsir edəcək

“S&P : ABŞ ın yeni tarifləri əksər ölkələrdə iqtisadi artıma mənfi təsir edəcək

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

ABŞ hökumətinin ticarətlə bağlı tətbiq etdiyi yeni tariflər qlobal iqtisadi artıma mənfi təsir edəcək, paralel olaraq pul siyasəti ilə bağlı faizlərdə eniş olacaq.

Sitat.info APA-ya istinadən xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Əksər ölkələrdə iqtisadi artım azalacaq

Qeyd edilib ki, yeni tariflər əvvəlki həftə paylaşılan baza ssenarisindən daha sərt və genişmiqyaslıdır: "Bu səbəbdən, əksər ölkələr üçün ÜDM artım proqnozlarımızı və pul siyasəti faizlərini aşağı endirməyə hazırlaşırıq, baxmayaraq ki, təsirlər ölkədən ölkəyə fərqli olacaq".

“S&P" hesab edir ki, Avrozona və Çin kimi böyük iqtisadiyyatlarda illik ÜDM artımı təxminən 0.25 faiz bəndi azalacaq. Avropa isə 2026-dan sonra infrastruktur və müdafiə xərclərinin artımından faydalanacaq. ABŞ-la ticarətdən daha çox asılı olan daha açıq iqtisadiyyatlar – məsələn, İrlandiya, İsveçrə və Asiya-Sakit Okean bölgəsinin “pələng” ölkələri daha çox zərbə alacaq. Kanada hazırda gözlənildiyindən daha az təsir görüb. Lakin avtomobil, polad və alüminium tarifləri, davam edən qeyri-müəyyənlik və ABŞ-da zəif iqtisadi artım 2025-ci ildə potensialın altında artıma səbəb olacaq. Əgər Tramp Kanadanın sərhəd və narkotik qaçaqmalçılığı ilə bağlı narahatlıqlara cavab verdiyini qəbul etsə, tariflər 10%-dən aşağı orta səviyyədə qala bilər.

Latın Amerikası isə digər regionlarla müqayisədə daha aşağı qarşılıqlı tarif dərəcələri ilə üzləşəcək. Bu bölgə üçün əsas təsir daha zəif qlobal tələbdən qaynaqlanacaq.

Pul siyasəti

Pul siyasətində də dəyişikliklər gözlənilir. Daha böyük, daxili istehlaka əsaslanan və dollarla borclanmağa az ehtiyacı olan iqtisadiyyatların faiz dərəcələrini azaltmaq üçün daha çox imkanları olacaq. Məsələn, Avropa Mərkəzi Bankı əlavə bir faiz endirimi edə bilər. Əvəzində, daha kiçik, daha açıq və dollardan asılı ölkələrin mərkəzi bankları FED-in qərarlarından daha çox asılı olacaq.

Qarşılıqlı tədbirlər

"ABŞ-ın ticarət tərəfdaşlarından yeni tariflərə cavab gözləyirik. Bu cavabların önümüzdəki həftələrdə verilməsi və geniş deyil, daha çox həssas sahələrə – yəni ABŞ-da siyasi baxımdan həssas sektor və bölgələrə – yönəldilməsi ehtimalı böyükdür. Tariflərə əlavə olaraq qeyri-tarif tədbirlərin və xidmətlərə təsir edən məhdudiyyətlərin də tətbiqi gözlənilir. Bu addımlar iqtisadi artım üzərində əlavə mənfi təsir yaradacaq"- “S&P" əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sitat.info
archiveBu xəbər 04 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri