Icma.az
close
up
RU
S&P Azərbaycanın dövlət bankı ilə bağlı riskləri açıqlayıb

S&P Azərbaycanın dövlət bankı ilə bağlı riskləri açıqlayıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

"S&P Global Ratings" "Azər-Türk Bank" ASC (ATB) üzrə uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini "B+/B" səviyyəsində təsdiqləyib, proqnozu sabit saxlayıb.

“APA-Economics”in məlumatına görə, qərar bankın SOCAR tərəfindən 51% payla alınmasından sonra yeni strategiya formalaşdırdığı mərhələdə maliyyə və biznes göstəricilərinin əsasən dəyişməyəcəyi gözləntisinə əsaslanır. SOCAR-ın ATB-də pay alması 2025-ci ilin oktyabrında korporativ reyestr və nizamnamə dəyişiklikləri yolu ilə yekunlaşıb. Yeni idarəetmə komandası fəaliyyətə başlasa da, baş icraçı direktor (CEO) vəzifəsi hələ vakantdır.

S&P bildirir ki, ATB hazırda SOCAR-la əməliyyat bankçılığına və qeyri-neft sektorunda kiçik və orta sahibkarlığın kreditləşdirilməsinə yönələn yeni strategiya üzərində işləyir. Agentlik strategiyanı bankın gələcək bazar mövqeyinə və gəlirliliyinə real təsirini elan edildikdən sonra qiymətləndirəcək.

Reytinq agentliyinin proqnozuna görə, növbəti 12 ayda bankın kapitallaşma və risk mövqeyi əsasən sabit qalacaq. Risklə ölçülmüş kapital göstəricisinin (RAC) 2026-cı ildə 6–7,5% aralığında olacağı gözlənilir (2024-cü ilin sonunda 6,6%). Bu göstərici əsasən kredit portfelinin artım tempindən və mümkün kapital dəstəyindən asılı olacaq.

S&P eyni zamanda qeyd edir ki, əvvəlki illərdə sürətli kredit artımı fonunda problemli kreditlərin payı arta bilər: "Problemli kreditlərin payı 2024-cü ilin sonunda 2,2% olduğu halda, 2025-ci il sentyabrın sonuna 3,2%-ə yüksəlib və növbəti 12–24 ayda 4%-ə çata bilər. Artım əsasən korporativ və istehlak kreditləri üzrə keyfiyyətin zəifləməsi ilə izah olunur".

Agentlik ATB-ni SOCAR üçün strateji əhəmiyyət daşımayan törəmə qurum hesab edir və buna görə də reytinqlərdə SOCAR-dan əlavə dəstək nəzərə alınmır. Hökumətin bankdakı payının 75%-dən 24%-ə endirilməsi fonunda dövlət dəstəyi ehtimalı da aşağı qiymətləndirilir.

S&P xəbərdarlıq edir ki, əgər yeni strategiya bankın kapitallaşmasına və aktiv keyfiyyətinə təzyiq göstərərsə və ya SOCAR-ın mülkiyyəti real biznes üstünlüklərinə çevrilməzsə, reytinqlər aşağı salına bilər. Eyni zamanda, yaxın 12 ay ərzində reytinq artımı ehtimalı aşağı qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri