S&P Global Kapital Bank ın uzunmüddətli kredit reytinqini artırıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Kapital Bank ASC-nin uzunmüddətli emitent kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəldib, qısamüddətli reytinqi isə “B” səviyyəsində təsdiqləyib.
“APA-Economics” agentliyə istinadən xəbər verir ki, qərar bankın pərakəndə ekosisteminin inkişafı, mənfəətliliyin artması və daha gəlirli kredit seqmentlərinə genişlənməsi ilə əsaslandırılıb.
Kapital Bank-dan "APA-Economics"ə bildirilib ki, bu qərar bankın son dövrlərdə həyata keçirdiyi strateji transformasiya və xüsusilə pərakəndə bankçılıq ekosisteminin inkişafı ilə əsaslandırılır. Agentliyin rəyinə görə, Kapital Bankın ödəniş xidmətləri və elektron ticarət platformalarını əhatə edən ekosistemi müştəri aktivliyini artırır, xidmətlərdən istifadə tezliyini yüksəldir və müştəri loyallığını gücləndirir. Bu isə bankın bazardakı mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradır.
Reytinq artımı həmçinin bankın gəlirliliyinin yaxşılaşması, daha gəlirli kredit seqmentlərinə fokuslanması və ümumi biznes modelinin güclənməsi ilə əlaqələndirilir. Kapital Bank əməliyyat effektivliyini artırmaqla yanaşı, texnoloji və rəqəmsal həllərə yönəlmiş investisiyalar hesabına uzunmüddətli dayanıqlı inkişaf modelini davam etdirir.
Agentliyin təqdim etdiyi stabil proqnoz növbəti dövr üzrə gözləntiləri əks etdirir. Gözlənilir ki, qarşıdakı müddətdə Kapital Bank strategiyasını uğurla icra edəcək, konsolidasiya olunmuş əsasda gəlirliliyini artıracaq və eyni zamanda pərakəndə ekosisteminin inkişafını davam etdirəcək. Bu proses bankın müştəri bazasının genişlənməsi və bazar mövqeyinin qorunub saxlanması baxımından mühüm rol oynayacaq.
Ümumilikdə, bu qiymətləndirmə Kapital Bankın maliyyə sektorunda etibarlı, innovativ və dinamik iştirakçı kimi mövqeyini daha da gücləndirdiyini nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 30 Aprel 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















