Icma.az
close
up
RU
“S&P Global Ratings” SOCAR ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib

“S&P Global Ratings” SOCAR ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 15 noyabr, AZƏRTAC

“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib.

SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatların miqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas rol oynaması, eləcə də idarəetmə proseslərində korporativ standartların yüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqin artırılmasını təmin edib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan bildirilib.

Qeyd olunub ki, son illərdə enerji bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsi ilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyat dayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyi bu nəticələrin əldə olunmasını imkan yaradıb. S&P tərəfindən verilmiş “sabit” proqnoz SOCAR-ın mövcud maliyyə göstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli və uzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanı əks etdirir.

Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidlik səviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadın yüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasının səmərəliliyini təsdiqləyir. Bu kompleks tədbirlər nəticəsində şirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq “investisiya oluna bilən səviyyə” kredit reytinqinə (BBB -Fitch Ratings və Baa3 - Moody’s) layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapital bazarlarında maliyyə sabitliyinin və etibarlılığının göstəricisidir.

Alternativ maliyyə resurslarına çıxışı asanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiya fondları ilə əməkdaşlıq etməyi, həmçinin “Yaşıl” və “dayanıqlı” maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCAR Xəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarları üzrə MSCI şirkəti tərəfindən BBB ilkin reytinqi əldə edən ilk şirkətdir. Bu reytinq SOCAR-ın əksər milli neft şirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunu göstərir. Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə də yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır.

Qeyd edək ki, “S&P Global Ratings” qlobal kapital bazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətin reytinqləri investorlar və maliyyə institutlarının qərarları və borclanma planları üzərində birbaşa təsirə malikdir. Mövcud BB reytinqi, ötən səkkiz il ərzində SOCAR üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Noyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see222

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see205

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see200

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see156

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see143

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see140

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see139

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see138

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see137

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see137

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see135

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see135

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see133

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see132

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see127

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see126

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see124

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see123

Türkiyədə mərc oyunları qalmaqalı 102 futbolçu...

13 Noyabr 2025 17:46see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri