S&P: SOCAR la sövdələşmə Comstock un kredit profilinə müsbət təsir edəcək
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
“S&P Global Ratings” SOCAR-ın ABŞ-nin “Comstock Resources” şirkətinin bir sıra aktivlərində pay alması ilə bağlı planlaşdırılan sövdələşməni şirkətin kredit profili üçün müsbət qiymətləndirib.
“APA-Economics” xəbər verir ki, bu barədə “S&P Global Ratings”in açıqlamasında bildirilib.
Agentlik qeyd edib ki, 1,65 milyard ABŞ dolları dəyərində nəzərdə tutulan əməliyyat “Comstock Resources”un sərbəst pul axını kəsirini kompensasiya etməyə və yaxın müddətdə kredit göstəricilərini yaxşılaşdırmağa kömək edəcək.
“S&P”nin gözləntilərinə görə, şirkət sövdələşmədən əldə edəcəyi xalis vəsaitin bir hissəsini kredit xətti üzrə borcların azaldılmasına, həmçinin 2029-cu ildə ödənilməli istiqrazların bir hissəsinin və ya hamısının geri alınmasına yönəldə bilər.
Bununla yanaşı, agentlik “Comstock Resources”un “B” səviyyəsində emitent kredit reytinqini və “stabil” proqnozunu dəyişməyib. Bildirilib ki, sövdələşmə hələ yekun şəkildə imzalanmayıb və şirkətin kredit göstəriciləri təbii qaz qiymətlərindən əhəmiyyətli dərəcədə asılı olaraq qalır.
Qeyd edək ki, sövdələşmə çərçivəsində SOCAR “Comstock Resources”un “Legacy Haynesville” aktivlərində 20%, “Western Haynesville” aktivlərində 15% operatorluq hüququ olmayan iştirak payı, eləcə də “Pinnacle Gas Services”də şirkətə məxsus 73%-lik payın 15%-ni əldə etməyi planlaşdırır. Əməliyyatın ümumi dəyəri 1,65 milyard ABŞ dollarıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Sentyabr 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















