Icma.az
close
up
RU
“S&P” xəsislik etsə də...

“S&P” xəsislik etsə də...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nüfuzlu təşkilatlar 2025-ci ildə ölkəmizdə daha yüksək iqtisadi artım proqnozlaşdırır

Dünyanın iqtisadi institutlarından biri olan “S&P Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyi yeni qlobal hesabatını açıqlayıb. Hesabatda qeyd olunub ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunda ümumi daxili məhsul (ÜDM) istehsalı gözləntiləri üstələyib. 2025-ci ildə həmin regionda ÜDM artımı ilə bağlı proqnozlar yüksək fərz edilsə də, nisbi artımın 2024-cü ilin səviyyəsindən aşağı olacağı gözlənilir. Təşkilat hesab edir ki,  2025-ci ildə Azərbaycanda ÜDM-in artım tempi 2 faiz səviyyəsində olacaq, 2026-cı il üçün isə artım dinamikası üzrə gözləntilər 1,5 faizdən 2 faizə yüksələcək.

2025-ci ildə artım tempinin 3,5-4 faiz olacağı fərz edilir

“S&P Global Ratings”in ölkəmizlə bağlı iqtisadi proqnozları xəsislik gözləntiləri üzərində tərtib olunsa da, digər iqtisadi təşkilatların hesabatlarında ÜDM-lə bağlı daha yüksək rəqəmlərə rast gəlinir. Belə ki, “Moody`s” beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın real ÜDM artımı 4 faiz təşkil edəcək. “Fitch Ratings”in proqnozlarında isə bu rəqəmin 3,4 faiz, Niderlandın “ING” təşkilatının hesabatında isə 2,8-3 faiz nisbətində olacağı gözlənilir. Asiya İnkişaf Bankının  ötən ilin sonlarında açıqladığı “Asian Development Outlook” icmalında Azərbaycanda ÜDM-in cari il üzrə illik artım proqnozu 4-4,2 faiz intervalında qərarlaşdırılıb.

Beynəlxalq Valyuta Fondunun “World Economic Outlook” hesabatında qeyd edilir ki, Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 4 faiz təşkil edəcəyi ehtimal olunur. Fondun, həmçinin ötən il dərc etdiyi “Regional iqtisadiyyatın inkişaf perspektivləri” adlı yeni hesabatında 2025-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 3,5-4 faiz olacağı fərz edilir.

Dünya Bankı (DB) qlobal iqtisadiyyatla bağlı yenilənmiş proqnoz-xülasəsində vurğulanır ki, böyük həcmdə dövlət investisiyaları sayəsində hazırda əlavə dəyərin həcmi davamlı şəkildə böyüyür. Bu dinamikanın 2025-ci ildə ÜDM-in 3,9 faizi ötməsində əsaslı rol oyanayacağı vurğulanır.

Hökumətin proqnozları da ümidvericidir

Azərbaycan hökumətinin makroiqtisadi proqnozları da yuxarıda adları çəkilən təşkilatların əksəriyyətinin gözləntilərinə uyğundur. Belə ki, İqtisadiyyat Nazirliyinin 2025-ci il üzrə artım proqnozu 3,5 faiz, Mərkəzi Bankın ehtimalları isə 3,3 faiz nisbətində müəyyənləşib.

Hazırda Azərbaycanda ÜDM-in 4,1 faizlik artım tempi dünya üzrə ümumi iqtisadi artım göstəricisindən (3,2-3,5 faiz) yüksəkdir. Bu faktor da ölkəmizdə iqtisadi inkişafı təmin edən mənbələrin dayanıqlılığı və növbəti dövrlər üçün əlavə potensialların səfərbər olunmasına imkan verdiyini təsdiqləyir. Bu tempin ilin sonunda və növbəti ildə də davam edəcəyi, qeyri-neft ÜDM-nin orta artımının 7-8 faiz təşkil edəcəyi gözlənilir.

Azərbaycan hökumətinin açıqladığı Ortamüddətli Xərclər Çərçivəsi sənədinə əsasən, 2025-ci ilin sonuna ÜDM-in həcmi 129,2 milyard manat, o  cümlədən qeyri-neft ÜDM-nin  həcmi 92,2  milyard manat təşkil edəcək. Milli məhsulda neft sektorunun payı 28,6 faiz, qeyri-neft-qaz ÜDM-nin payı isə 71,4 faiz ehtimal edilir. 2026-cı ildə ÜDM-in həcmi 133,8 milyard manata, qeyri-neft ÜDM-nin həcmi isə 100 milyard manata çatacaq. 2027-ci ildə ÜDM 142,9 milyard manat, o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyərin həcmi 108,3 milyard manata bərabər olacaq. 2028-ci ildə isə ÜDM-in cəmi dəyəri 150,8 milyard manata çatacaq ki, onun 117,2 milyard manatının və ya 77,7 faizinin qeyri-neft ÜDM-i olacağı fərz edilir. Beləliklə, ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta  illik 3,35 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi isə 5 faiz olacağı proqnozlaşdırılır.

Ölkədə iqtisadi inkişafın sosial sahələrə də təsirləri əhəmiyyətli dərəcədə nüfuz edəcəyi gözlənilir. Belə ki, ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2028-ci ildə 112,5 milyard manata, xərclərinin isə 107,9 milyard manata qədər yüksəlməsi gözlənilir. Orta aylıq əməkhaqqını nominal həcmi 2025-ci ildə 1080 manat, 2026-cı ildə 1156 manat, 2027-ci ildə 1237 manat, 2028-ci ildə isə 1327 manat təşkil edəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Fevral 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri