Icma.az
close
up
RU
Spacein ağır günləri: Aylardır maaşlar verilmir,əməkdaşlar işdən çıxarılır

Spacein ağır günləri: Aylardır maaşlar verilmir,əməkdaşlar işdən çıxarılır

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Space”  televiziyasında  son  günlər  ciddi  maliyyə problemləri yaşanır. Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır.

Oxu24.com saytının əldə etdiyi məlumata görə,ciddi  maliyyə böhranı ilə üzləşən  telekanal  kütləvi şəkildə əməkdaşlarını   ixtisara salır. Əvvəllər  300-dən çox  əməkdaşı  olan  kanalın  hazırda  cəmi  60-70 nəfər işçisi  qalıb. İşdən çıxarılanlar  sürücülər,müxbirlər, montajorlar,rejissorlar, operatorlar  və digər texniki işçilərdir.

Bəs “Space” televiziyasında nə baş verir? Kanalın belə çöküşünün səbəbi nədir?

Oxu24.com-un  müxbirinin  araşdırması  zamanı bir  sıra digər faktlar da ortaya çıxıb.  Məlum  olub ki,telekanalda maliyyə problemləri üzündən 4 aya yaxındır ki, işçilərin əməkhaqları  ödənilmir. Bu səbəbdən də  maaşlarını ala bilməyən  işçilər  telekanaldan  dəfələrlə  rəsmi qurumlara  şikayətlər  ediblər.

Kanalın adının  çəkilməsini  istəməyən  xanım  əməkdaşının  müxbirimizə verdiyi  məlumata görə, işçilər ya  məcburi  şəkildə işdən  ərizə  yazdırılıb  çıxarılır, ya  da məzuniyyətə göndərilir  və geri qaytarılmırlar.  Hətta son vaxtlarda maaşların gecikdirilməsinə  görə telekanal bir neçə dəfə Dövlət Əmək Müfəttişliyi tərəfindən cərimələnib.

Qeyd edək ki,bir müddət öncə kanalın əməkdaşı Zamirə Dadaşova qanunsuz olaraq işdən çıxarıldığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda qərar verilmişdi.

Z. Dadaşovanın vəkili Sadiq Rəsulov müvəkkilinin işə bərpa edilməsi və işləmədiyi dövrə görə əməkhaqqının ödənilməsini tələb edib.İddia tam təmin edilib.

Bundan əvvəl isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Space” telekanalının prezidenti Vado Korovini 1700 manat cərimə edib. V. Korovin qərardan şikayət versə də, məhkəmə təmin etməyib. Məhkəmə belə qənaətə gəlib ki, Z.Dadaşova ilə bağlanmış əmək müqaviləsində iş saatları düzgün müəyyən edilməyib.

“Space”in maşınları hara yoxa çıxıb?

Telekanalın problemləri bununla bitmir. İddiaya görə ciddi avtomobil problemi  yaşayan əməkdaşlar  çəkilişlərə  yük maşınlarında getməyə məcbur qalırlar.

Əldə etdiyimiz məlumata görə,dünəndən etibarən sürücülərin də işdən çıxarılmasına başlanılıb. 20-dən artıq sürücüsü olan telekanalın hazırda  6-7 nəfər əməkdaşı  işdə qalıb.Adının çəkilməsini istəməyən işdən çıxarılan sürücü bildirib ki,kanalda maşınlar olmadığı üçün çəkilişə şəxsi avtomobilləri ilə gedirdilər.”Maşınların yarısı orda-burda,yarısı da 1 ildir ki, təmirdə yatır”,-deyə keçmiş əməkdaş bildirib.

Qeyd olunan ciddi maliyyə böhranı səbəbindən kanalda fəaliyyət göstərən tanınmış aparıcılar da bir-bir kanalı tərk edir.Bir müddət əvvəl İlham Mirzəyev “Space”dən ayrılaraq digər kanala keçib. Əldə etdiyimiz məlumata görə, aparıcılar  İlhamə Bədəlova, Azər Axşam da bu yaxınlarda kanalı tərk edəcək.

Qeyd edək ki,reytinqli layihələr də Space TV-də yayımını dayandırıb.Yeni mövsümdə kanal rəhbərliyi sosial layihələrdən,bəzi musiqi verilişlərindən imtina etmişdi. Hazırda kanalda Azər Axşam,Amil Xəlil,Elman Bakuvi rəsmi müqavilə əsasında aparıcı kimi çalışırlar .İddialara görə,digər aparıcılar kanalda prodakşın və yaxud ödənişsiz olaraq fəaliiyət göstərirlər.Bu mövsümdə adətən müğənnilərə pulsuz efir vaxtları verilib.

Ciddi problemlər yaşadığı kanalı “Namus” serialı da tərk edir. Serialın yeni ildən etibarən “ARB” kanalında yayımlanacağı gözlənilir.Serialın hansı səbəbdən "SPACE" kanalını tərk edib,ARB-yə keçməsinin səbəbi məlum deyil.

Oxu24.com  iddialarla bağlı “Space” TV-nin Xəbərlər Departamentinin baş redaktoru Elman Bakuvi ilə əlaqə saxlayıb. Onun sözlərinə görə,hazırda xəbərlər departemində heç bir problem yaşanmır.

“Bizim departamentdə heç bir ixtisar yoxdur. Əməkdaşlar da əməkhaqlarını vaxtında alırlar”,-deyə E.Bakuvi bildirib.

Kanalın aparıcısı olan jurnalist Amil Xəlillə də əlaqə saxladıq. O, müxbirimizin sualına “çəkilişdəyəm,sonra danışarıq” ,- deyə  dəstəyi asıb.

Televiziyadan ayrılan rejissor İsbendiyar Məcidoğlu  saytımıza açıqlamasında kanalda maliyyə problemlərinin olduğunu təsdiqləyib.

“Mənim kanalın rəhbəri Vado müəllimlə çox gözəl münasibətlərim var idi. Özü də çox səmimi insandır.Sadəcə kanalda maliyyə problemləri yaşanır. Ona görə bizi işdən çıxardılar. Başqa problemim olmayıb”,- deyə kanalın keçmiş əməkdaşı bildirib.

Telekanalın işdən çıxarılan digər əməkdaşı  bu məsələdə adının hallanmasının istəmədyini bildirib.

“Dediklərinizin hamısı doğrudur.Sadəcə mənim adımın bu məsələdə hallanmasını istəmirəm”,-deyə xanım əməkdaş saytımıza açıqlamsında bildirib.

Məsələ ilə bağlı “Space” TV-nin mətbuat xidməti və digər məsul şəxslərlə əlaqə saxlamaq istəsək də,zənglərimizə cavab verən olmadı.

Qeyd edək ki, Space TV-nin rəhbəri  Vado Karovindir. O, bu vəzifəyə  2023-cü ilin fevralında təyin olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:367
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Dekabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri