Spaletti 8 futbolçunu komandada görmək istəmir
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yuventus" yeni mövsümə heyətdə ciddi dəyişikliklərlə başlaya bilər.
Sportal.az xəbər verir ki, A Seriyası nəhənginin baş məşqçisi Luçano Spaletti bir çox futbolçunun performansından narazıdır. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
İtaliyalı mütəxəssis 8 futbolçunu komandada görmək istəmir. Bunlar qapıçı Mişel Di Qreqorio, müdafiəçilər Federiko Qatti, Xuan Kabal, yarımmüdafiəçilər Vasiliye Adziç, Edon Jeqrova, hücumçular Lois Openda, Conatan Devid və Duşan Vlahoviçdir.
Qeyd edək ki, "Yuventus" İtaliya A Seriyasında 25 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Turin təmsilçisi UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Qalatasaray"a 2:5 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi
Baxış sayı:114
Bu xəbər 19 Fevral 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















