Alleqrinin Spaletti uğursuzluğu
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Yuventus” A Seriyasının 10-cu turunda “Napoli”ni 2:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, bu nəticə “Yuventus”un baş məşqçisi Luçano Spaletti ilə “Napoli”nin çalışdırıcısı Massimiliano Alleqri arasındakı qarşılaşmaların statistikasında da diqqətçəkən məqamla yadda qalıb.
Belə ki, mütəxəssislər indiyədək 17 dəfə rəqib olublar. Bu görüşlərin 7-də Spalettinin komandası qələbə qazanıb, 5 qarşılaşmada Alleqri üstün olub. Daha 5 oyun isə heç-heçə ilə başa çatıb.
Maraqlıdır ki, Alleqri rəqibini sonuncu dəfə 2018-ci ilin dekabrında məğlub edə bilib. Həmin vaxt onun rəhbərlik etdiyi “Yuventus” Spalettinin çalışdırdığı “İnter”dən güclü olub. O vaxtdan bəri komandalar 7 dəfə üz-üzə gəlib. Bu matçların 4-də Spalettinin rəhbərlik etdiyi kollektiv qalib gəlib, 3 görüşdə isə tərəflər heç-heçə ediblər. Beləliklə, Alleqrinin Spaletti üzərində qələbə həsrəti 8 ilə yaxınlaşıb.
Baxış sayı:91
Bu xəbər 02 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















