Icma.az
close
up
RU
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb

SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasında SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb.

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, COP29 çərçivəsində EBRD-nin SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masası keçirilib. Dəyirmi Masa şəhərlərin iqlim fəaliyyəti üzrə ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoq, innovativ yanaşma və və maliyyə həllərinin tətbiqinə nail olmaq məqsədilə təşkil olunub. Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumlarının, SPECA ölkələrinin, BMT-nin, və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos və Bankın Yaşıl Şəhərlər Proqramının rəhbəri Lin Oqreydi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov SPECA çərçivəsində iqlim məsələləri ilə bağlı səmərəli əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində panel sessiyalarda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Asiya İnfrastruktur İnvestisiya Bankının, Asiya İnkişaf Bankının və BMT-nin Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri SPECA çərçivəsində ölkələrin və şəhərlərin iqlim məsələləri ilə bağlı tərəfdaşlıq təşəbbüslərinin önəmini qeyd ediblər. Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. SPECA ölkələrinin müvafiq şəhərlərinin bu mühüm təşəbbüslə çıxış etməsi iqlim sahəsində həllərin işlənib hazırlanması və həyata keçirilməsi üçün vacibdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tacikistanın Düşənbə şəhəri sədrinin birinci müavini Cəmşid Tabarzoda SPECA İqlim Şəhərləri Forumunun bütün iştirakçı şəhərlərə qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsinə imkanlar yaradacağını bildiriblər.

Qeyd edək ki, sənədə əsasən iştirakçı şəhərlərin iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşması üçün sıx əməkdaşlığı nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Noyabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see256

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see233

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri