Icma.az
close
up
RU
SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb

SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masasında SPECA İqlim Ağıllı Şəhərlər Forumu üzrə Bakı Bəyannaməsi imzalanıb.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, COP29 çərçivəsində EBRD-nin SPECA regionu üzrə Yaşıl Şəhər Liderlərinin Dəyirmi Masası keçirilib. Dəyirmi Masa şəhərlərin iqlim fəaliyyəti üzrə ən yaxşı təcrübələri bölüşmək, bu sahədə dialoq, innovativ yanaşma və və maliyyə həllərinin tətbiqinə nail olmaq məqsədilə təşkil olunub. Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumlarının, SPECA ölkələrinin, BMT-nin, və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos və Bankın Yaşıl Şəhərlər Proqramının rəhbəri Lin Oqreydi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov SPECA çərçivəsində iqlim məsələləri ilə bağlı səmərəli əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində panel sessiyalarda BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), Asiya İnfrastruktur İnvestisiya Bankının, Asiya İnkişaf Bankının və BMT-nin Asiya və Sakit Okean Ölkələri üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndələri SPECA çərçivəsində ölkələrin və şəhərlərin iqlim məsələləri ilə bağlı tərəfdaşlıq təşəbbüslərinin önəmini qeyd ediblər. Bildirilib ki, iqlim dəyişikliyi ilə mübarizədə şəhərlər ön sıralardadır və onlar arasında əməkdaşlığın gücləndirilməsi regionun bu sahədə çağırışların öhdəsindən gəlməsi üçün əhəmiyyət kəsb edir. SPECA ölkələrinin müvafiq şəhərlərinin bu mühüm təşəbbüslə çıxış etməsi iqlim sahəsində həllərin işlənib hazırlanması və həyata keçirilməsi üçün vacibdir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Tacikistanın Düşənbə şəhəri sədrinin birinci müavini Cəmşid Tabarzoda SPECA İqlim Şəhərləri Forumunun bütün iştirakçı şəhərlərə qarşıya qoyulan məqsədlərin səmərəli həyata keçirilməsinə imkanlar yaradacağını bildiriblər.

Qeydedə ki, sənədə əsasən iştirakçı şəhərlərin iqlim sahəsi üzrə ümumi məqsədlərin reallaşması üçün sıx əməkdaşlığı nəzərdə tutulur.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://report.az
archiveBu xəbər 21 Noyabr 2024 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri