Icma.az
close
up
RU
SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat imzalanıb

SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat imzalanıb

Icma.az, Report.az saytına istinadən bildirir.

COP29 çərçivəsində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşündə SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair bəyanat imzalanıb, SPECA Çoxtərəfli Etimad Fondunun açılışı elan edilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, COP29 çərçivəsində SPECA İqlim və İnnovasiya Dialoqu üzrə Nazirlər Görüşü keçirilib.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA-nın regionumuz üçün əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, SPECA iştirakçı ölkələrdə iqtisadi inkişafı, ekoloji dayanıqlığı və innovasiyaları təşviq edən regional əməkdaşlıq üçün mühüm platforma yaradıb. Ölkələrimiz SPECA-nın dəstəyi ilə iqtisadiyyatlarını gücləndirir, həmçinin iqlim dəyişikliyi çağırışlarına hazır olan gələcək qurur. SPECA İqlim və İnnovasiya Dialoqu isə bir çox ölkələr üçün önəmli və vahid platforma rolunu oynayır. Dialoq vasitəsilə ölkələrimiz Paris Sazişi və 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyi ilə müəyyən edilmiş hədəflərə töhfə verəcək. Dialoq iqlim dəyişikliyinin ətraf mühitə, sosial və iqtisadi təsirlərinə dair birgə strategiyaların formalaşması baxımından da faydalıdır.

Diqqətə çatdırılıb ki, SPECA İqlim və İnnovasiya Dialoqu aşağı karbonlu, dayanıqlı iqtisadiyyatlara keçidə stimul yaradacaq. Dialoq vasitəsilə müxtəlif sektorlardan maraqlı tərəflər cəlb edilməklə, bilik mübadiləsi, yaşıl inkişaf üçün konkret həllər hazırlanacaq. Dialoq regionda innovativ, davamlı təcrübələri həyata keçirmək imkanlarının artırılmasında mühüm rol oynayacaq. Qeyd edilənlərlə yanaşı, enerji kompleksində bərpa olunan enerjinin payının, enerji səmərəliliyinin artırılması və dairəvi iqtisadiyyata keçid kimi təşəbbüslər dəstəklənəcək.

SPECA Çoxtərəfli Etimad Fondunun isə iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və davamlı inkişaf kimi ortaq problemləri həll etmək üçün çevik mexanizm olacağı diqqətə çatdırılıb.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana və BMNT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan iqlim dəyişmələrindən qaynaqlanan çağırışların öhdəsindən gəlmək üçün dünyada dialoq və birgə təşəbbüslərin vacibliyini önə çəkiblər. Diqqətə çatdırılıb ki, dialoq davamlı inkişaf üçün innovasiya ekosistemləri və texnologiyalarının gücləndirilməsi kimi sahələrdə sinerjiyə nail olmağa təkan verə bilər. Nəticəyönümlü iqlim fəaliyyəti, dayanıqlıq və rifah üçün innovasiyalardan səmərəli istifadənin mühümlüyü qeyd olunub.

Həmçinin, Qazaxıstanın Baş nazirinin müavini, milli iqtisadiyyat naziri Nurlan Baybazarov, Qırğız Respublikasının iqtisadiyyat və ticarət nazirinin müavini Sanjarbek Bolotov, Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Şoxrux Qulamov çıxışlarında iqlim məsələləri ilə bağlı regional və beynəlxalq əməkdaşlığın önəmini qeyd ediblər, İqlim və İnnovasiya Dialoqu və Çoxtərəfli Etimad Fondunun gözlənilən faydaları barədə fikirlərini bildiriblər.

Tədbirin yekununda SPECA İqlim və İnnovasiya Dialoqunun yaradılmasına dair Bakı Birgə Nazirlər Bəyanatı imzalanıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://report.az
archiveBu xəbər 15 Noyabr 2024 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see235

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see202

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see156

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see150

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see149

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see139

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see136

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see134

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see134

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see131

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see128

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see127

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see127

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see126

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see125

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see125

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see124

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see118

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see118

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri