Icma.az
close
up
RU
SPECA iştirakçı dövlətlərinin nazirlərinin görüşü keçirilib

SPECA iştirakçı dövlətlərinin nazirlərinin görüşü keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyası çərçivəsində təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı dövlətlərinin nazirlərinin  görüşü keçirilib.

XQ xəbər verir ki, tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev qlobal təchizat zəncirlərinin transformasiyası, rəqəmsallaşmanın sürətlənməsi və iqlim risklərinin artması kimi qlobal çağırışlar fonunda daha sıx regional əməkdaşlığın önəmini vurğulayıb. Ölkəmizin elektron ticarətin genişləndirilməsi, Orta Dəhlizin inkişafı, rəqəmsal gömrük və logistika həllərinin tətbiqi, eləcə də insan kapitalının gücləndirilməsi istiqamətində ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçiriləcək SPECA İqlim Ağıllı Şəhərlər Forumunun praktiki əməkdaşlıq üçün əlavə platforma yaradacağı qeyd edilib. SPECA Çoxtərəfli Etimad Fondunun birgə təşəbbüslərin həyata keçirilməsinə təkan verəcəyi bildirilib.

Görüşdə SPECA regionunda dayanıqlı və inklüziv iqtisadi inkişafın təmin edilməsi məqsədilə multimodal dəhlizlərin və rəqəmsal logistika platformalarının gücləndirilməsi, ticarət və tranzit prosedurlarının rəqəmsallaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, kiçik və orta sahibkarlığın dəstəklənməsi, nəqliyyat, logistika, rəqəmsal ticarət, təchizat zəncirlərinin idarə olunması sahələrində peşə hazırlığı və bacarıqların artırılması prioritet istiqamətlər kimi diqqət mərkəzində olub. Görüş çərçivəsində elm və innovasiya sahəsində tərəfdaşlıq, Bakıda dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə SPECA-nın Regional Tədqiqat Mərkəzinin yaradılması və digər məsələlər nəzərdən keçirilib.

Tədbirdə BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibinin müavini Şombi Şarp “SPECA regionunda təsir üçün tərəfdaşlıq: Çoxtərəfli Etimad Fondu” mövzusunda təqdimatla çıxış edib.

Görüş çərçivəsində SPECA iştirakçı dövlətlərinin Birgə Bəyanatı qəbul edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Aprel 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see411

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see294

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see286

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see282

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see280

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see279

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see276

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see271

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see268

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see266

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see251

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see248

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see244

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see243

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see243

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see243

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see243

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see241

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see241

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see241
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri