Icma.az
close
up
RU
Sperma allergiyası nədir? Bu ƏLAMƏTLƏRə diqqət edin

Sperma allergiyası nədir? Bu ƏLAMƏTLƏRə diqqət edin

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir çox hallarda partnyorlar arasında cinsi əlaqədən sonra müəyyən narahatlıqlar ortaya çıxır.

Qadınlarda aşınma, qıcıqlanma, qaşınma kimi hallar yaranır.

Lent.az problemlə bağlı türkiyəli mütəxəssis Sinan Akkurtun məsləhətlərini diqqətinizə çatdırır.

Həkim məlumat verir ki, sperma allergiyası, cinsi əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərə deyilir. Əlamətləri vaginada yanma, şişmə, ağrı, qaşıntı, qızartı kimi bilinən klassik allergiya əlamətləri ilə eynidir. Bəzən bütün bədəndə, üzdə, qolda, yaxud ayaqda da allergiya əlamətlərinə rast gəlinir. Bu, daha çox allergik baxımdan həssas olan şəxslərdə olur.

Xüsusilə əlaqə əsnasında və ya əlaqədən sonra qadının vaginasında yaranan şiddətli ağrı, yanma, batma kimi əlamətlər, vaginada aşınma, ağrılı əlaqə kimi hallarda sperma allergiyasından şübhələnmək lazımdır: "Kişi və qadın bədənində hər zaman yad maddələrə və mikroblara qarşı bir baryer mövcuddur. Orqanizmimiz bizi qorumaq üçün bir baryer yaradır. Sperma allergiyası da bu tərz bir baryerdir. Çünki spermanın tərkibində müxtəlif maddələr və protein var. Həmçinin, sürüşkənləşdirici, qidalandırıcı, formalaşdırıcı maddələr də mövcuddur. Bunlar kişi üçün nə qədər təbiidirsə, qadın üçün bir o qədər yad maddələrdir. İmmunitet sistemini hərəkətə gətirən bir reaksiya yaradır. Xüsusilə allergik baxımdan həssas şəxslərdə spermanın tərkibindəki proteinlər allergik reaksiya yarada bilir".

Mütəxəssis deyir ki, sperma allergiyası testi sperma mayesinin içindəki antikor səviyyəsini araşdıraraq həyata keçirilə bilər. Dəri testləri ilə də yoxlanır. Prezervativ istifadə etmək allergik vəziyyətlərin qarşısını alsa da, bu, uşaq istəyən cütlüklər üçün bir çıxış yolu deyil. Müalicəsində immuno terapiyadan istifadə edilir. Yüksək dozalı antikor zamanı  isə kortizon istifadə edilir.

Eyni zamanda cütlüklərin orqanizmində olan başqa səbəblər ortadan qaldırılır (infeksiya, candida göbələyi, başqa allergiyalar). Bu müalicələr bitdikdən sonra sperma yumurta ilə qarşılaşdığında hər hansı bir allergiya əlaməti ortaya çıxmır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 03:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri