Icma.az
close
up
RU
Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb

Spiker Almaniyanın Azərbaycandakı səfiriniylə görüşüb

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann ilə görüşüb.

Modern.az-a bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə diplomatın Azərbaycandakı fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin inkişafı istiqamətində görülən işlər və əldə olunan nəticələr müzakirə olunub.

Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərlərinin, eləcə də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Görüşdə ölkələr arasında iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq məsələlərinə də toxunulub.

Söhbət zamanı parlamentlərarası münasibətlər də diqqət mərkəzində olub. Milli Məclisin sədri Almaniyaya rəsmi səfərini, həmçinin parlament dostluq qruplarının qarşılıqlı səfərlərini xatırladıb.

Ralf Horlemann isə Azərbaycandakı alman irsinə göstərilən münasibəti yüksək qiymətləndirərək bunu tolerantlığın nümunəsi adlandırıb. O, fəaliyyəti dövründə Azərbaycanı daha yaxından tanımaq imkanı əldə etdiyini və ölkə ilə bağlı müsbət təəssüratlar qazandığını bildirib.

Səfir Azərbaycan və Ermənistan arasında sülh prosesində son dövrlər əldə olunan nailiyyətləri də qeyd edib. O, bu istiqamətdə irəliləyişlərin regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 İyun 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri