Spiker etiraz etdi MM AP nin qətnaməsinə bəyanatla cavab verəcək
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib.
Bakupost.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) spikeri Sahibə Qafarova deyib.
"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.
Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib:
"Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".
Spiker qeyd edib ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirib.
Bu mövzuda digər xəbərlər:MM Fransa Assambleyasının qətnaməsinə etiraz etdi
12 Aprel 2025 00:21
MM AP nin qətnaməsi ilə bağlı bəyanat qəbul etdi KONKRET
19 Dekabr 2025 12:17
“Önəmli mövzudan təxribatçı niyyətlər üçün istifadə edilir” MM dən AP yə cavab bəyanatı
19 Dekabr 2025 12:29
Deputatlar problemlərdən danışdılar, spiker etiraz etdi:
27 Noyabr 2024 13:52
Baxış sayı:38
Bu xəbər 19 Dekabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















