Icma.az
close
up
RU
MM Fransa Assambleyasının qətnaməsinə etiraz etdi

MM Fransa Assambleyasının qətnaməsinə etiraz etdi

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə nümayiş etdirərək, ölkəmizə qarşı, o cümlədən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı absurd iddiaların əks olunduğu qətnamə qəbul edib. Digər tərəfdən, bu ölkənin xarici işlər naziri Jan Noel Baro da Milli Assambleyadakı çıxışında həmin iddiaları təkrarlayıb, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu həmin ittihamlara etiraz əlaməti olaraq bəyanat yayıb.

Qrup bəyanatında beynəlxalq hüquqa və obyektiv reallığa uyğun gəlməyən qətnaməni və səsləndirilmiş fikirləri şiddətlə qınayıb, bunları Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirib.

Bildirilib ki, Azərbaycan Respublikası hər zaman beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenlik prinsipinə sadiqdir. Bakı Təşəbbüs Qrupu isə məhz bu prinsiplərə əsaslanaraq, beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı çıxış edən, azadlıq və ədalət uğrunda mübarizə aparan xalqlara dəstək məqsədi daşıyan bir platformadır.

Fransa tərəfinin bu təşəbbüsü gözdən salmaq cəhdləri, əslində, onun öz bədnam müstəmləkə siyasətinə haqq qazandırmaq niyyətindən irəli gəlir.

Fransa kimi beynəlxalq hüququ və demokratiyanı müdafiə etdiyini iddia edən bir dövlətin Ermənistanın Azərbaycan torpaqlarının 30 illik işğalına göz yumması, bu müddət ərzində bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə, mədəni və dini abidələrin dağıdılmasına səssiz qalması bu ölkənin əsl simasının sübutu, adət etdiyi ikili standartların daha bir bariz ifadəsidir.

“Biz bu gün müzəffər Azərbaycan liderinin rəhbərliyi altında artıq suveren ərazilərimizdə yaşayırıq, ərazi bütövlüyümüz tam bərpa olunub. Bununla da biz Fransanın Cənubi Qafqazda apardığı destruktiv siyasətin qarşısını kəsmişik. Ancaq biz görürük ki, Fransa məhz həmin müstəmləkəçilik təfəkkürünü Cənubi Qafqaz regionunda da tətbiq etməyə çalışır. Hələ də Ermənistanı silahlandırır və Ermənistandan malipulyativ alət kimi istifadə edir.

Bu gün Fransa hakimiyyəti Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı addımlarını hədəf almağa çalışır. Lakin Fransa artıq anlamalıdır ki, onun müstəmləkəçilik siyasəti, Yeni Kaledoniya və digər bölgələrdə yerli xalqların iradəsinin kobud şəkildə pozulması Bakı Təşəbbüs Qrupunun səyləri sayəsində artıq beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Biz Fransa hakimiyyətini və qanunvericilik orqanını beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd siyasətlərdən imtina etməyə, fundamental insan hüquqlarına hörmətlə yanaşmağa və dənizaşırı ərazilərdəki xalqların müstəqillik arzularını təmin etməyə çağırırıq”, - deyə Milli Məclisin Korsika Xalqına Dəstək Qrupunun bəyanatında vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Aprel 2025 00:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri