Spiker Laçın hava limanının əhəmiyyətindən danışdı
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında spiker Sahibə Qafarova deyib.
O qeyd edib ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa olunan üçüncü hava limanıdır:
“Məhz strateji əhəmiyyətə malik ərazidə Laçın Beynəlxalq Hava Limanının fəaliyyəti çox vacib məsələdir”.Eyni zamanda, Sahibə Qafarova Laçında baş tutan Zirvə görüşünün əhəmiyyətindən də danışıb:
“Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin Laçında keçirdiyi Zirvə görüşü də ciddi əhəmiyyətə malikdir”.Spiker 28 May - Müstəqillik Günü ilə bağlı da danışaraq bildirib ki, parlament həmin günlə bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu göndərib.
Vilayət Muxtar
“Cebheinfo.az”
Baxış sayı:108
Bu xəbər 30 May 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















