Spiker: Zirvə Görüşü münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırdı
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən dövr ərzində Azərbaycan–Pakistan–Türkiyə üçtərəfli əməkdaşlıq mexanizminin parlament, xarici işlər və müdafiə nazirlikləri səviyyəsində həyata keçirilən fəaliyyətlər nəticəsində ardıcıl şəkildə inkişaf edərək zənginləşdiyinin şahidi olduq.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova bu gün Azərbaycan, Pakistan və Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə çıxışı zamanı səsləndirib.
Spikerin sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistanın baş nazirinin 2024-cü ilin iyulunda Astanada keçirilən üçtərəfli görüşü və xüsusən də bu ilin mayında Azərbaycanın işğaldan azad olunmuş Laçın şəhərində baş tutan Üçtərəfli Zirvə Görüşü bu mexanizmi keyfiyyətcə yeni mərhələyə yüksəltdi.
Həmin görüşlərdə, mahiyyət etibarilə, qardaş ölkələrimiz arasında birliyin və həmrəyliyin daha da gücləndirilməsi, eləcə də üçtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə inkişaf etdirilməsi iradəsinin nümayiş etdirildiyini vurğulayan Sahibə Qafarova qeyd edib ki, bu iradədən qaynaqlanaraq, bu gün Parlament Sədrləri səviyyəsində keçirilən Üçtərəfli Görüş də qardaş ölkələrimizin əməkdaşlığına parlament dəstəyinin gücləndirilməsinə yönəlmiş qətiyyətimizin bir ifadəsidir. O, inamını ifadə edib ki, parlamentarilər birgə səylərlə bu məqsədə nail olacaqlar.
Baxış sayı:107
Bu xəbər 13 Oktyabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















