Icma.az
close
up
RU
Tarixi Zirvə görüşü: Bölgədə yeni mərhələ

Tarixi Zirvə görüşü: Bölgədə yeni mərhələ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 25 avqust, AZƏRTAC

Avqustun 22-də Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonasında Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında yüksəksəviyyəli üçtərəfli görüş yekun bəyanatlar və geniş spektrli əməkdaşlığın, iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, enerji və humanitar sahələrdə əlaqələrin müzakirəsi ilə yadda qaldı.

Bəyanatlarda qardaş ölkələrin böyük tranzit potensialının tam şəkildə reallaşması üçün Avaza və Bakı limanlarında, həmçinin digər strateji limanlarda logistika infrastrukturunun inkişaf etdirilməsi, tarif siyasətinin uyğunlaşdırılması və rəqəmsallaşdırmanın tətbiqi məsələləri diqqət mərkəzində oldu. Eyni zamanda, üç ölkə arasında qarşılıqlı ticarətin həcminin son zamanlar iki dəfə artdığı vurğulandı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva söyləyib.

Görüşdə “Yaşıl enerji” layihələrinin Avropaya yönəldilmiş ixrac perspektivlərinin və Xəzər dənizinin neft-qaz yataqlarında birgə geoloji axtarış-tədqiqat potensialının artırılması imkanlarının müzakirəsinin mühüm əhəmiyyət daşıdığını vurğulayan deputat turizm, təhsil, mədəniyyət və digər sahələr üzrə üçtərəfli proqramların hazırlanmasını, qarşılıqlı turist axınının artırılması ilə yanaşı, mədəni irsimizin təqdim olunmasını vacib istiqamətlər kimi dəyərləndirib. Görüş çərçivəsində imzalan sənədlərə diqqət çəkən J.Əliyeva onların gələcəkdə sözügedən istiqamətlərdə əməkdaşlığa mühüm töhfələr verəcəyini vurğulayıb.

Üç türkdilli dövlətin liderlərinin verdikləri mesajlara diqqət çəkən Milli Məclisin deputatı türkmən xalqının milli Lideri Qurbanqulu Berdiməhəmmədovun görüşü “tarixi əhəmiyyətli” adlandırdığını, siyasi, iqtisadi və mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib.

Bildirib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sülh və etimad ilində bu dialoqun regional sabitliyi dərinləşdirməyə xidmət etdiyini vurğuladı.

Türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsinin və dərinləşməsinin təşəbbüskarı və bayraqdarı olan Azərbaycan Prezidenti İlham Əliyev isə “qardaşlıq ənənələrinə sadiq” əlaqələrin yeni formatda davam etdiyini diqqətə çatdırdı. Eyni zamanda, Füzulidə inşası nəzərdə tutulan məscid və Zəngəzur dəhlizi kimi konkret əməkdaşlıq nümunələrini xatırlatdı, yeni üçtərəfli formatın formalaşdırılmasının anonsunu verdi.

“Bu üçtərəfli görüş Azərbaycanın, Türkmənistanın və Özbəkistanın regional inteqrasiyada daha fəal rol oynamağa hazır olduğunu nümayiş etdirdi. Orta Dəhliz və Zəngəzur dəhlizi kimi nəqliyyat arteriyaları vasitəsilə Avrasiyada dinamik, çoxşaxəli əməkdaşlıq modelinə doğru inamlı addım atıldı. Üç ölkə liderlərinin tarixi Zirvə görüşü və onun nəticələrinin konturlarını əhatə edən Strateji Yol xəritəsi bunu deməyə əsas verir ki, əldə edilən razılaşmalar institusional bazanın möhkəmlənməsinə yönəlib və gələcək əməkdaşlıq üçün mühüm zəmin yaradaraq bölgədə yeni mərhələnin başlanğıcına çevrilib”, - deyə parlamentari qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri