Spikerdən nazirlərə SƏRT TƏNQİD: Məktəblilərin dərs yükü azaldılmalıdır
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəzi nazirliklər vəzifələrini vicdansızlıqla yerinə yetirirlər.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
“Bir sıra nazirliklər işlərini yekunlaşdırmır və vəzifələrinin icrasına, açığını desək, pis niyyətlə yanaşırlar", - spiker deyib.
Onun sözlərinə görə, onların məsuliyyət və səlahiyyətləri sahəsində problemlər var. Volodin qeyd edib ki, bu, əlilliyi olan şəxslərin reabilitasiyası üçün texniki vasitələrlə təminat məsələlərinə, səhiyyə və təhsildə kadr çatışmazlığına aiddir.
Spiker nazirliklərin adlarını açıqlamayıb, lakin bu məsələlərin yaz sessiyasında müzakirə olunacağına ümid etdiyini bildirib.
Volodin onu da qeyd edib ki, yaz sessiyası zamanı Dövlət Duması məktəblilərin dərs yükünün azaldılmasını müzakirə edəcək. Onun sözlərinə görə, sessiya zamanı bu məsələ prioritet məsələlərdən birinə çevrilməlidir.
Adəm Abbaslı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 14 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















