Icma.az
close
up
RU
Spikerdən MÜHÜM açıqlamalar

Spikerdən MÜHÜM açıqlamalar

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Moderator.az-ın məlumatına görə, sədr bildirib ki, Milli Məclisin sədrinin başçılığı ilə nümayəndə heyəti aprelin 14-dən 17-dək Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub:

“Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək idi. Parlamentlərarası İttifaqın 152-ci Assambleyasında 126 ölkədən 1500 nəfərdən çox nümayəndə, o cümlədən 720 nəfər parlament üzvü iştirak edirdi. Onlardan 80 nəfəri parlament sədri, 52 nəfəri isə sədr müavini idi.

Assambleyanın iclası “Gənc nəsil üçün ümidlərin artırılması, sülhün qorunması və ədalətin təmin edilməsi” mövzusuna həsr olunmuşdu. Tədbirdə parlamentlərin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinə yönələn təşəbbüslər və əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirildi”.

S.Qafarova Assambleyanın iclasında çıxış edərək bəşəriyyəti narahat edən bir sıra qlobal problemlərə diqqəti çəkdiyini qeyd edib:

“Bildirdim ki, bu problemlərin həllində parlament üzvləri birgə və məsuliyyətlə hərəkət etməlidirlər. Onlar sülhü təşviq etməli, ədaləti qorumalı və gələcək nəsillərin maraqlarının qərarlarda əks olunmasını təmin etməlidirlər. Çıxışımda həmçinin ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barəsində iclas iştirakçılarına geniş məlumat da verdim. Onu da deyim ki, aprelin 17-də Assambleya çərçivəsində ümumi müzakirələrə Azərbaycan parlamentinin rəhbəri kimi mən sədrlik etdim”.

Sədr Assambleya çərçivəsində keçirilən 41-ci Qadın Parlamentarilər Forumunda çıxış edərək qadın parlament sədrlərinin 2025-ci ildə keçirilmiş 15-ci Zirvə Toplantısının hesabatını təqdim etdiyini vurğulayıb:

“Çıxışımda qeyd etdim ki, parlament üzvləri mövcud problemlərin həllində fəal iştirak etməlidirlər, çünki bu gün dünyada sülhün təmin olunması üçün dialoqun və inklüzivliyin gücünə ehtiyac duyulur”.

S.Qafarova daha sonra deyib:

“Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirdi. Görüşdə qeyd edildi ki, parlamentlər arasında əməkdaşlığın dərinləşdirilməsi qlobal çağırışların həllində önəmli rol oynayır. Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının üzvü olan ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirildi. Mən, çıxışımda, qeyd etdim ki, qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla və dinamik inkişaf edir. Azərbaycan türk dünyasının inteqrasiyası və yüksəlməsi naminə ardıcıl fəaliyyət göstərir. Və Milli Məclis bundan sonra da TÜRKPA-nın davamlı inkişafını ardıcıl surətdə dəstəkləyəcək”.

Spiker qeyd edib ki, səfər çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci, əslində yubiley Konfransı keçirilib:

“Qeyd edim ki, tədbirdə 34 ölkədən 43 nümayəndə heyəti, 9 beynəlxalq təşkilatın təmsilçiləri, ümumən 205 nəfər nümayəndə iştirak etdi. Mən Konfransa sədrlik etdim və tədbirin açılışında çıxış etdim. Çıxışımda bir sıra məsələlərə toxundum. Parlament Şəbəkəsinin qısa müddət ərzində keçdiyi böyük inkişaf yoluna nəzər saldım, Azərbaycanın sədrliyi ilə görülən işlərdən danışdım. Konfransın əsas mövzusuna uyğun olaraq ölkəmizin ev sahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyası haqqında məlumat verdim. Həmçinin beynəlxalq aləmdə mövcud olan vəziyyət, bu gün bəşəriyyətin qarşısında dayanan çağırışlar və digər məsələlərə toxundum”.

Sədr deyib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin beşinci Konfransında mühüm bir qərar qəbul olundu:

“Bu, Şəbəkənin mənzil-qərargahının yaradılması və onun Bakı şəhərində yerləşdirilməsi barədə qərar idi. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin xarici siyasət konsepsiyasına uyğun olaraq parlament diplomatiyamızın çox böyük bir uğurudur. Eyni zamanda, həmin qərar Parlament Şəbəkəsinin institusional inkişafı yolunda mühüm addımdır”.

Spiker qeyd edib ki, İstanbula işgüzar səfər çərçivəsində 10 rəsmi və 3 qeyri-rəsmi görüş keçirib:

“Parlamentlərarası İttifaqın Prezidenti və Baş katibi, həmçinin Belçika, Gürcüstan, Rusiya, Özbəkistan, Ermənistan, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Əlcəzair, Mərakeş, Dominikan parlamentlərinin sədrləri ilə görüşlərdə parlament əməkdaşlığının gücləndirilməsi yolları nəzərdən keçirildi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edildi. Azərbaycan Respublikasının Milli Məclisi ilə Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatası arasında Anlaşma Memorandumu da imzalandı”.

Spiker İstanbul şəhərinə işgüzar səfərin uğurlu olduöunu deyərək, nümayəndə heyətinin hər bir üzvünə minnətdarlığını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Aprel 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri