Spirtli içki içənlərə qurban əti vermək olar? İlahiyyatçıdan AÇIQLAMA
Icma.az bildirir, Lent az portalına istinadən.
Sabah müqəddəs Qurban bayramıdır. Bu gündə qurban kəsən hər kəs ehtiyac sahiblərinə kəsdikləri heyvanın ətindən verir, onları sevindirərək, savab iş görürlər.
Lakin burada maraqlı bir məqam var. Qurban əti müqəddəs olduğu halda ondan alkoqollu içki qəbul edən insanlara vermək olarmı?
İlahiyyatçı, Heydər məscidinin axundu Rüfət Qarayev Lent.az-a açıqlamasında bildirib ki, alkoqollu içki içən şəxslərə qurban əti verənlər günah qazanmırlar:
“Hansı ibadət olursa olsun, onu etməmişdən qabaq mahiyyətini anlamaq lazımdır. Allah “Qurani-Kərim”də buyurur, “Sizin kəsdiklərinizin nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatan sizin təqvanızdır”. Yəni insan Allahı tanıdığı, onu sevdiyi zaman buyrulan əmrləri icra edər. Bununla da, həm Allaha yaxınlaşır, həm də savab qazanar.
İsmayıl qurbanı 3 hissəyə bölünür. Hissələr yaxın qohumlara-qonşulara, yoxsullara və qurban kəsən insanın özünə çatar.
İndi alkoqollu içki içən və ya içməyən insanları seçib, fərqləndirmək çətindir. Qurban payı verən insan Allaha yaxınlaşmaq niyyəti ilə bu işi icra edir. Burada günahı qazanan həmin qurban payı ilə şərab və digər spirtli içkilər qəbul edən şəxsdir. Bu günah Allahın qəzəbinə də səbəb ola bilər.
Qurban əti ehsan edən insanlar yoxsullara fəqirlərə, ehtiyac sahiblərinə, qohum-əqrəbaya verməklə məsuldurlar.
Qurban payı alanlar həmin ətə hörmət ehtiramla yanaşmalı və anlamalıdırlar ki, bu ət Allahın rizasını qazanmaq, həmçinin insanlara yardım etmək üçün verilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 İyun 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















