Icma.az
close
up
RU
Qurbağa əti yemək günahdır? İlahiyyatçıdan AÇIQLAMA

Qurbağa əti yemək günahdır? İlahiyyatçıdan AÇIQLAMA

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Son günlər sosial şəbəkələrdə qurbağa ətinin halal və ya haram olması ilə bağlı geniş müzakirələr gedir. Bəziləri bunun dinən qadağan olduğunu iddia edir, digərləri isə mədəni və zövq məsələsi olduğunu bildirir. 

Bəs İslam bu məsələ barədə nə deyir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdullah bildirib ki, son zamanlar sosial şəbəkələrdə qəribə heyvanlar, həşəratlar və müxtəlif tanınmamış meyvə-bitkilərin yeyilməsi ilə bağlı videoların sayı artmaqdadır:

“Bu görüntülər bir çox izləyicidə maraq doğurur: “Görəsən dadı necədir? Mən də sınayım” kimi fikirlər formalaşır. Bu marağı fürsət bilən bəzi biznes sahibləri də bu istiqamətdə fəaliyyətlərini genişləndirməyə başlayırlar.

Əslində, bu cür hallar başdan-ayağa qadağan sayılmır. Amma məsələni iki yönlü qiymətləndirmək lazımdır: bir tərəfdə həyatını İslam dəyərləri və dini prinsiplərlə uyğun şəkildə tənzimləyən insanlar var, digər tərəfdə isə bu kimi məsələləri önəmli hesab etməyənlər. Dini həssaslığa malik insanlar üçün nə yeyib-içdikləri və onun dini hökmlərə uyğun olub-olmaması ciddi əhəmiyyət daşıyır. Digərləri isə əsasən bu mövzuya neytral yanaşır”.

İlahiyyatçı qeyd edib ki, bu kontekstdə gündəmə gələn məsələlərdən biri də qurbağa ətinin satışa çıxarılmasıdır:

“Açığı, bunun geniş şəkildə rəğbət qazanacağını düşünmürəm. Çünki qurbağa əti gündəlik istehlak edilən ət növləri – mal, qoyun və ya balıq əti kimi insanların mətbəxində yer alan bir qida deyil. Həm də bu yazının məqsədi qurbağa ətinin nə qədər populyar olub-olmaması deyil. Sual budur: Müsəlman bir şəxs qurbağa əti yeyə bilərmi?

Bu sual inanc məsələsindən çox fiqhi (hüquqi) xarakter daşıyır. Yəni İslam hüququnun detallarını əhatə edən mövzulardandır və bu səbəblə hədis kitablarında da bu barədə qeydlər mövcuddur. Fiqh alimləri qurbağa ətini halal qida sırasına daxil etməyiblər. Qurbağa özü murdar və ya nəcis sayılmasa da, onun öldürülməsi məkruh, yəni bəyənilməyən bir əməl kimi göstərilmişdir və yeyilməsi haram hesab olunur.

Qurani-Kərimdə Əbəsə surəsinin 24-cü ayəsində insanın yediyi qidaya diqqət yetirməsi tövsiyə olunur. Bu da göstərir ki, İslam mədəniyyətində qidalanma təkcə fiziki ehtiyacın ödənməsi deyil, mənəvi və ruhi baxımdan da önəmli təsirə malikdir. Odur ki, hər fərqli və qeyri-adi dada can atmazdan əvvəl insan “nə yeyirəm” sualını özünə verməlidir. Çünki yemək təkcə qarın doyuzdurmaq deyil”.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri