Spred yağlarla təbii yağları necə ayırmaq olar ? SƏDR AÇIQLADI
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Yerli yağ, xüsusilə də kərə yağı istehsalında ciddi problemlər müşahidə olunur. Bəzən isə bitki yağları ilə qarışdırılmış məhsullar çıxarırlar". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu cür yağlar əksər hallarda kərə yağı adı altında təqdim olunur, lakin tərkibinə görə tamamilə fərqlidir:
"İstehlakçılar çox zaman məhsulun etiket məlumatlarına inanaraq aldadılırlar. Məsələn, məhsulun üzərində “natural” sözü yazılır, üzərinə də bir inək şəkli əlavə olunur. Bu isə istehlakçıda məhsulun tam təbii kərə yağı olması təəssüratı yaradır. Lakin sonradan məlum olur ki, bu məhsul əslində spred yağdır, yəni tərkibində bitki yağları mövcuddur. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, mağazadan yağ alarkən məhsulun fiziki xüsusiyyətlərinə diqqət yetirsinlər. Məsələn, yağ əllə sıxıldıqda daha bərk olarsa, bu onun tərkibində kərə yağının payının yüksək olmasından xəbər verir. Ümumiyyətlə, kərə yağı kəsildikdə parçalanır və dağılır, spred yağlar isə daha elastik olur, səlis şəkildə kəsilir və dağılmır.
Həqiqi kərə yağının rəngi vahid və açıq sümük rəngində olur. Tərkibində başqa rəng çalarları və ya qeyri-təbii qatlar müşahidə olunmamalıdır. Bundan əlavə, bəzi idxal məhsullarında, xüsusilə İrandan gətirilən yağlarda markalanma problemləri mövcuddur. Bu məhsulların üzərində məlumatlar əsasən fars dilində yazılır, istehsal və ya son istifadə tarixi isə ya ümumiyyətlə göstərilmir, ya da istehlakçı üçün anlaşıqlı olmur. Belə hallar həm istehlakçı hüquqlarının pozulmasına, həm də bazarda şəffaflığın azalmasına gətirib çıxarır. Ona görə də müvafiq dövlət qurumları tərəfindən nəzarət mexanizmlərinin gücləndirilməsi, istehlakçıların isə daha diqqətli və məlumatlı olması vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 Yanvar 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















