“”Sputnik”in obyektiv jurnalistika ilə heç bir əlaqəsi yoxdur”
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Baku.ws saytının baş redaktoru, jurnalist Azad Əliyev Baku TV-də yayımlanan "Aktual Gündəm” verilişində çıxışı zamanı Sputnik informasiya agentliyinin fəaliyyəti ilə bağlı sərt fikirlər səsləndirib.
AZXEBER.COM-un məlumatına görə, jurnalist qeyd edib ki, "Sputnik” dünya üzrə ən çox fəaliyyəti dayandırılan media qurumlarından biridir:
"Sputnik "maskalanmış” fəaliyyətlə məşğuldur və bunu açıq şəkildə görmək mümkündür. Bu qurumun bir çox ölkələrdə, o cümlədən Böyük Britaniya, Kanada və İsveçrədə fəaliyyəti qadağan olunub.
O, çıxışı zamanı Rusiya mətbuatının obyektivliyinə də toxunub və qeyd edib ki, bu məsələ təkcə xarici mətbuat tərəfindən deyil, elə rusiyalı vətəndaşların özü tərəfindən də tənqid olunur. Nümunə kimi məşhur döyüşçü, əslən dağıstanlı olan Həbib Nurməhəmmədovun bir müsahibəsini xatırladıb:
"Biz, yəni idmançılar, qələbə qazandıqda ‘rus’ adlandırılırıq. Amma ölkə daxilində hansısa mənfi hadisə baş verdikdə bizə ‘dağıstanlı’, ‘çeçen’ və ya digər etnik qrupun adı ilə yanaşırlar.”
Azad Əliyev qeyd edib ki, bu fikirlər Rusiya mətbuatının nə dərəcədə qeyri-obyektiv işlədiyini açıq şəkildə göstərir.
Sputnikin Azərbaycandakı fəaliyyəti ilə bağlı danışan baş redaktor vurğulayıb ki, saxlanılan şəxslərin sosial media hesablarına nəzər saldıqda onların obyektiv jurnalistika ilə heç bir əlaqəsinin olmadığı açıq-aşkar görünür.
Oksana Orucova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 15 İyul 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















