Icma.az
close
up
RU
SSRİ dövründə Ermənistana “bağışlanan” ərazilərimiz qaytarılacaq? AÇIQLAMA

SSRİ dövründə Ermənistana “bağışlanan” ərazilərimiz qaytarılacaq? AÇIQLAMA

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Paşinyan Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin gələn ildən başlanacağını bəyan edib. Onun müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan isə qeyd edib ki, “TRİPP layihəsi Zəngəzurda qeyri-adi demarkasiya prosesi həyata keçirilə bilər””.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, Vaşinqton anlaşmasından sonra amerikalı nümayəndə heyətinin İrəvana intensiv səfərləri ABŞ-nin işlərin sürətləndirilməsi üçün Ermənistanı tələsdirdiyi təəssüratını yaradır:

“Lakin layihənin reallaşması üçün dəhlizin keçdiyi istiqamətlərdə sərhədin delimitasiyası zərurəti var. Bunu dəhlizdən digər ölkələrin də istifadə etməsi və daşımaların təhlükəsizliyi amilləri də şərtləndirir. Paşinyan və Qriqoryanın açıqlamaları da təsdiq edir ki, Zəngəzur dəhlizinin Ermənistan hissəsində işlərin başlanmasına qədər – yaxın aylarda sürətli delimitasiya baş verə bilər.

Delimitasiya iki hissədə - həm Zəngilan-Mehri, həm də Qərbi Zəngəzurla Naxçıvan Muxtar Respublikası sərhədində aparılmalıdır. Bu perspektiv delimitasiya prosesində hansı ərazilərin qaytarılması suallarını da yaradır.

Zəngəzurun Ermənistana birləşdirilməsindən sonra SSRİ-nin qurulmasından dağılmasına qədərki dövrdə Azərbaycan əraziləri ermənilərə “bağışlanıb”: Naxçıvanın 657 kvadratkilometr ərazisi, Nüvədi və bir çox ərazi bura daxildir;

Delimitasiya prosesində bu ərazilərin qaytarılması, yaxud nə qədərinin qaytarılması mümkün ola bilər?”.

A.Nərimanlının fikrincə, sərhədin Qazax istiqamətində delimitasiyasında Alma-Ata bəyannaməsinə istinad və paraflanan sülh sazişində sovet dövrü xətlərinin əsas götürülməsi qeydi SSRİ dövründə verilmiş ərazilərin qaytarılmasını sual altına alsa da, iki məqam Qriqoryanın da dediyi kimi, “qeyri-adi delimitasiya”nın baş verə biləcəyi gözləntisini yaradır:

“Birincisi, Qazax istiqamətindəki delimitasiyada Ermənistanın istəyinə uyğun olaraq, Alma-Ata bəyannaməsinə istinadın əsas məqsədi 4 kəndin qaytarılması idi və rəsmi Bakı buna nail oldu;

İkincisi, paraflanan sülh sazişində Alma-Ata sənədi və SSRİ xətləri qeyd olunsa da, tərəflərin mübahisəli məsələləri dinc yolla həll etməsi də yer alır ki, bu da delimitasiyanın nəticələrinə danışıqların gedişatının təsir edə biləcəyi gözləntisini yaradır;

Bu kontekstdə rəsmi Bakı Zəngəzur dəhlizi istiqamətində sərhədin delimitasiyası zamanı maksimum nəticəyə nail olmağa çalışacaq”.

A.Nərimanlı vurğulayıb ki, gözlənilən delimitasiya prosesində Kərkinin azad edilməsi perspektivi də mümkündür:

“Paşinyanın açıqlaması bu ehtimalı gücləndirir. Erməni baş nazir bidirib ki, “Zəngəzur dəhlizindən keçəcək dəmir yolu Sovet dövründən qalma dəmir yolunun marşrutu ilə gedəcək, çünki hər hansı digər marşrut qeyri-real olardı”. Söhbət Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu xəttindən gedir ki, bu xəttin keçdiyi Arazdəyən istiqamətində sərhədin delimitasiyası üçün Kərki məsələsi həllini tapmalıdır.Son günlər Paşinyanın anklavlar məsələsinin həllini gündəmə gətirməsi də bu kontekstdə təsadüfi görünmür”.

Lalə, BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri