Icma.az
close
up
RU
“Xalqa bağışlanan ömür”

“Xalqa bağışlanan ömür”

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

11 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqa bağışlanan ömür” mövzusunda tədbir keçirilib.
Tədbirdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov, Beyləqan rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, Mil-Muğan regional Təhsil İdarəsinin Beyləqan rayon üzrə Təhsil Sektorunun müdiri Elvin Abbasov, DSMF-nin Mil-Muğan Regional Filialının Beyləqan rayon Qəbul şöbəsinin müdiri Ülfət Vəliyev, Beyləqan İdman Olimpiya Kompleksinin direktoru Gündüz İsgəndərov və Ərazi partiya təşkilat sədrləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yığıncağı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirdi ki, Bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız sevgilərlə yaşayırıq. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu və inkişafı liderlik amili ilə birbaşa bağlıdır.Ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna əhəmiyyətə malikdir. Bu da bir həqiqətdir ki, müasir Azərbaycan dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, Ulu Öndər Heydər Əliyev olmuşdur.
Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğunun Azərbaycan modeli bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilməkdədir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət və ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Şübhəsiz ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir.
Azərbaycan öz iqtisadiyyatının gücü və qüdrəti hesabına “Böyük Qayıdış” proqramını reallaşdırır və mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Böyük Qayıdış” proqramının uğurla icra olunması İşğaldan azad olmuş ərazilərimizi təkrarən cənnətə çevirir və biz bu prosesin canlı şahidləriyik.
Tədbirdə çıxış edən Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən rəsmi bayram kimi qeyd edilir. Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və inkişafı hədəfləyən uğurlu dövlət siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra məruzə ilə çıxış edən Beyləqan rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, Allahyarlı Ərazi partiya təşkilatının sədri Ərşad Hüseynov və Nizami Ağayev adına Beyləqan şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Eyruz Pəsiyev bildirdilər ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub.
Çıxışlar bitdikdən sonra bir qrup gəncə yeni partiya vəsiqələri, rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən partiya üzvlərinə isə Fəxri Fərmanlar təqdim edildi.
Tədbir Yeni Azərbaycan partiyasının himni səsləndirildikdən sonra başa çatdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 İyun 2026 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri