SSRİ nin titan sualtı qayıqları gələcəyin ideyası kimi görünürdü, amma...
Olke.az saytına istinadən Icma.az xəbər verir.
1970-ci illərdə ən innovativ sualtı qayıqlardan hesab olunan 705 "Lira” layihəsi SSRİ-də hazırlanmışdı. Bu sualtı qayıqların əsas fərqləndirici cəhəti digər ölkələrin donanmalarında rast gəlinməyən titan gövdə idi.
Ölkə.az xəbər verir ki, "Warrior Maven” Hərbi Modernləşmə Mərkəzinin prezidenti və ABŞ Müdafiə Nazirliyinin sabiq əməkdaşı Kris Osborn "19FortyFive” üçün yazdığı məqalədə titan materialının sualtı qayıq gövdəsi üçün seçilməsinin niyə uğurlu nəticə vermədiyini izah edib. O, həmçinin vurğulayıb ki, ABŞ heç vaxt bu tip sualtı qayıqlar istehsal etməyib.
Titan gövdənin əsas xüsusiyyətləri
Osborn qeyd edib ki, 705 "Lira” layihəsinə aid sualtı qayıqlar 1971-ci ildə istismara verilib və onların əsas xüsusiyyəti titan gövdə olub.
Sovet mühəndisləri müəyyən ediblər ki, titan möhkəmlik, korroziyaya davamlılıq və az çəki baxımından əlverişli xüsusiyyətləri birləşdirir. Osbornun sözlərinə görə, bu keyfiyyətlər titan materialını sualtı qayıqlar üçün etibarlı seçimə çevirib.
Ekspert xatırladıb ki, 705 "Lira” layihəsinə aid sualtı qayıqlar 40 düyünədək sürət yığa və 350 metr dərinliyə enə bilirdi. Sürət baxımından onlar yalnız sovet K-222 prototipindən geri qalırdı.
"Titan ərintisinin sualtı qayığın gövdəsində istifadəsi bir neçə mühüm üstünlük verdi. Xüsusi möhkəm ərintinin tətbiqi maksimal enmə dərinliyini ikinci nəsil sualtı qayıqlarla müqayisədə təxminən bir yarım dəfə artırdı. Bundan əlavə, bu material gəminin maqnit sahəsini azaltdı. Ən əsası isə titan gövdə sayəsində sualtı qayığın sualtı yerdəyişməsi 30 faiz azaldıldı”, deyə "Global Security” portalı sovet titan gövdəli sualtı qayıqlarını belə təsvir edib.
Osborn əlavə edib ki, titanın ən mühüm üstünlüklərindən biri onun möhkəmlik-çəki nisbətidir. Bu material bir çox polad növləri qədər möhkəm olsa da, xeyli yüngüldür və bu da müdafiə səviyyəsini azaltmadan yüksək sürət əldə etməyə imkan verir.
Titan gövdənin çatışmazlıqları
Bununla yanaşı, Osborn titan materialının əsas gövdə kimi seçilməsinin ciddi mənfi cəhətlərinin də olduğunu vurğulayıb. Onun sözlərinə görə, titan poladdan üç-beş dəfə baha başa gəlir və emalı son dərəcə mürəkkəbdir.
Bundan əlavə, böyük ölçülü titan hissələrinin qaynağı xüsusi avadanlıq və yüksək ixtisaslı texniki mütəxəssislər tələb edir.
Bəzi analitiklər isə bildirir ki, 705 "Lira” layihəsinə aid sualtı qayıqlar ABŞ və ya NATO ölkələrinin həmin dövrdəki sualtı qayıqları ilə müqayisədə xeyli səs-küylü olub. Bu isə SSRİ-nin əldə edə biləcəyi potensial üstünlükləri minimuma endirib.
Osborn xatırladıb ki, ABŞ heç vaxt titan gövdəli sualtı qayıq istehsal etməyib. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri adətən yüksək möhkəmliyə malik poladdan və səs səviyyəsini azaltmaq üçün müasir örtüklərdən istifadə edir. ABŞ HDQ-də uzun illərdir hesab olunur ki, sualtı qayığın səssiz qalma qabiliyyəti maksimal enmə dərinliyindən daha önəmlidir.
Ekspert əlavə edib ki, polad gövdələrin kütləvi istehsalı və istismarı daha asandır və bu yanaşma ABŞ-ın böyük və çoxfunksiyalı donanmalara əsaslanan strateji tələblərinə daha uyğundur.(qaynarinfo)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Yanvar 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















