Icma.az
close
up
RU
Stadionun işçisi biletimin şəklini çəkib 40 manata başqasına satıb Qarabağ ın azarkeşi

Stadionun işçisi biletimin şəklini çəkib 40 manata başqasına satıb Qarabağ ın azarkeşi

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ”-“Kopenhagen” qarşılaşması zamanı bir sıra azarkeşlər stadionun girişində çətinliklərlə üzləşiblər.

Redaktor.az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, bəzi azarkeşlər QR kod sistemində yaranan nasazlıq səbəbindən uzun müddət stadiona daxil ola bilməyiblər. Hətta elə azarkeşlər olub ki, yalnız oyunun ikinci yarısında içəri keçə biliblər.

62 yaşlı Əfqan Babayev isə daha böyük problemlə qarşılaşıb. O, əməkdaşımızla söhbətində bildirib ki, oğlu ona bilet alsa da, proqram telefonda olmadığı üçün yalnız biletin şəklindən istifadə edib. Bu səbəbdən girişdə çətinlik yaranıb və əvvəlcə stadiona buraxılmayıb ki, telefonunda "iticket" proqramı olmalıdır.

“Yaşlı adamam, bu texnologiyadan başım çıxmır. Oyunun başlamasına hələ çox vaxt var idi. Adamlar da az idi. Biletim ola-ola məni buraxmıdılar ki, telefonunda proqramın yoxdur. Bir saatdan çox məni gözlətdikdən sonra güc-bəla ilə stadiona buraxdılar. İçəri keçdim, gördüm yerimdə artıq biri oturub. Yaxınlaşıb dedim ki, bura mənim yerimdir. O isə cavab verdi ki, "mən bu yeri almışam", üstəlik telefonda biletin şəklini də göstərdi. Baxdım ki, şəkildəki elə mənim oğlumun çəkdiyi biletdir. Sonra məlum oldu ki, mənim 10 manata aldığım B sektor, 7-ci sıradakı biletimi yoxlamada duran işçilərdən biri həmin adama 40 manata satıb. Girişdə mənim telefonuma baxan həmin işçi öz telefonu ilə mənim telefonumdakı şəkli çəkmişdi. Demək ki, mənim biletimi başqasına satmaq üçün belə edibmiş. Orada duran polis əməkdaşına məsələni danışdım, o da sorğu-sualdan sonra bildi ki, yerin əsl sahibi mənəm və axır ki, öz yerimə otura bildim”, - deyə şikayətçi qeyd etdi.

Məsələ ilə bağlı Redaktor.az olaraq "Qarabağ" futbol klubunun mətbuat katibi Anar Hacıyevə sorğu ünvanladıq. O, bildirdi ki, matç günü stadiona girişdə yaranmış çətinliklər və narazılıqlar araşdırılır:

"Bu məsələ hal-hazırda araşdırılır, mövzu ilə bağlı məlumat veriləcək".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri