Stanislav Çerçesov “Axmat”ın baş məşqçisi təyin olunub
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Stanislav Çerçesov Rusiya Premyer Liqasında yarışan “Axmat” komandasının baş məşqçisi təyin olunub.
İdman.biz xəbər verir ki, Qroznı təmsilçisi 61 yaşlı rusiyalı mütəxəssislə üçillik müqavilə imzalayıb.
Bundan əvvəl “Axmat” mövsümə ardıcıl dörd məğlubiyyətlə başladıqdan sonra Aleksandr Storojuku istefaya göndərmişdi.
Mətbuatda yer alan məlumatlara görə, Çerçesovun illik maaşı 1,3 milyon avro olacaq.
Çerçesov 2025-ci ilin yanvarında Qazaxıstan millisindən ayrılmışdı. O, daha əvvəl Rusiya yığması, “Ferentsvaroş”, “Legiya”, “Spartak”, Moskva “Dinamo”su və “Amkar”da çalışıb. 2011-2013-cü illərdə isə “Axmat”ın əvvəlki adı “Terek” olduğu dövrdə də bu klubda baş məşqçi işləyib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:Stanislav Çerçesov postundan göndərildi RƏSMİ
27 Yanvar 2025 13:49
Stanislav Çerçesov Qazaxıstan millisindən getdi
27 Yanvar 2025 13:34
Stanislav Çerçesov: Qarabağ ın uğurlu çıxışının əsas səbəbi sabitlikdir EKSKLÜZİV MÜSAHİBƏ
19 Avqust 2025 11:13
Çerçesov Axmat la rəsmi müqaviləyə imza atdı
06 Avqust 2025 18:50
Stanislav Çerçesov: “Sabah” Berezutski üçün yaxşı tramplin olacaq”
26 Noyabr 2024 20:05
Baxış sayı:41
Bu xəbər 06 Avqust 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















