Icma.az
close
up
RU
Stanislav Çerçesov: Qarabağ ın uğurlu çıxışının əsas səbəbi sabitlikdir EKSKLÜZİV MÜSAHİBƏ

Stanislav Çerçesov: Qarabağ ın uğurlu çıxışının əsas səbəbi sabitlikdir EKSKLÜZİV MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı,19 avqust, AZƏRTAC

Rusiya millisinin və Macarıstanın “Ferensvaroş” komandasının sabiq baş məşqçisi, hazırda “Axmat” klubunu çalışdıran Stanislav Çerçesov AZƏRTAC-ın suallarını cavablandırıb. Rusiyalı mütəxəssislə eksklüziv müsahibəni təqdim edirik.

- 2022-ci ildə "Ferensvaroş"un baş məşqçisi olduğunuz dönəmdə "Qarabağ"la Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşmısınız. Həmin oyunları necə xatırlayırsınız?

- Həmin matçlar mənim üçün çox xoş xatirələrdir, çünki uzun müddətdən sonra Bakıya gəlmək imkanım olmuşdu. Cütün ilk görüşünün məhz orada keçirilməsi mənim üçün xoş təsadüf oldu. Böyük məmnuniyyətlə Bakıya uçduq. Emosional tərəfdən müsbət hisslər yaşadım. Amma eyni zamanda biz “Qarabağ”ı yaxşı təhlil etmişdik. Artıq Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş, ölkəsində isə ardıcıl çempionluqlar qazanan klubla qarşılaşırdıq. Rəqibin güclü, oyunun isə çətin olacağını bilirdik. Elə nəticələr də bunu göstərdi. Həmin iki oyun barədə yalnız xoş xatirələrim qalıb.

- Bu gün yenidən iki komanda üz-üzə gələcək. Lakin bu dəfə Çempionlar Liqasının pley-off mərhələsində. Şansları necə dəyərləndirirsiniz?

- Bu səviyyədə keçirilən oyunlarda hər zaman şanslar bərabər olur. O vaxt “Qarabağ”la oyunda bizdə müəyyən üstünlük var idi. Çünki Bakıdakı ilk görüş 1:1 hesabı ilə bitmişdi. Amma cavab oyunu bizim üçün uğursuz başladı. “Qarabağ” kimi təcrübəli komanda qarşısında 0:1 hesabı ilə geri düşmək onlara daha rahat əks-hücum imkanı vermək demək idi. Və bu da rəqib üçün böyük üstünlük oldu. Yenə də deyirəm, bu mərhələdə hansısa komandanı konkret favorit göstərmək çətindir. “Qarabağ”ın heyətində ölkə çempionları, avrokubok təcrübəsi olan oyunçular var. Bizimlə oyunlar zamanı da şansları bərabər hesab edirdim.

- Sizin dövrünüzdəki "Ferensvaroş"la indiki komanda arasında nə kimi fərqlər var?

- Düzünü desəm, mən öz gedişimdən sonra "Ferensvaroş"un yalnız bir oyununu izləmişəm. Səhv etmirəmsə, səfərdə “Pușkaş Akademiyası”na 0:1 hesabı ilə uduzmuşdular. Bu isə ötən il baş vermişdi. Amma təbii ki, həm sistemdə, həm də oyunçu seçimində fərqlilik görürəm, oyunun quruluşunda da dəyişiklik hiss olunur. Həmin il çempionluğu son turda çətinliklə qazanmışdılar. Ya komandada yenidənqurma gedirdi, ya da başqa səbəblər var idi.

- "Qarabağ" uzun illərdir avrokuboklarda uğurla çıxış edir. Sizcə, bunun sirri nədədir?

- "Qarabağ"ın avrokuboklarda daim uğurlu çıxışının əsas səbəbi ilk növbədə sabitlikdir. Klubun maliyyə sabitliyi yerindədir. Təbii ki, uzun illərdir komandada çalışan baş məşqçi Qurban Qurbanovun da burada rolu danılmazdır. Heyət çox dəyişmir. Hər il məşqçi dəyişmirlər, oyunçuları komandaya necə gəldi götürmürlər. Buna görə “Qarabağ”da sabitlik var.

- Qurban Qurbanov haqqında da fikirlərinizi bilmək maraqlı olardı...

- Hər il “Qarabağ”a titullar qazandırır, komandası Avropa Liqasında, Çempionlar Liqasında uğurla çıxış edir. Onlar hətta 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsinə də yüksəlmişdilər. Mən özüm də “Qarabağ”ın gücünü, Qurban Qurbanovun komandanı qurmaq bacarığımı görmüşəm. Ona görə də Qurbanov haqqında yalnız yaxşı sözlər deyə bilərəm.

- Bir neçə il öncə Azərbaycan millisinin baş məşqçisi təyin ediləcəyinizlə bağlı xəbərlər yayılmışdı. Maraqlıdır, həqiqətən AFFA-dan rəsmi təklif almışdınız, yoxsa bunlar yalnız şayiə idi?

- Bəli, adım bəzən Azərbaycan yığması ilə hallanırdı. Amma konkret olaraq mənimlə heç kim nə əlaqə saxlayıb, nə də hansısa təkliflə çıxış edib. Sadəcə, bəzən jurnalistlər, agentlər zəng edir, maraqlanır, suallar verirdilər. Mənim üçün dəvət odur ki, konkret klub, prezident, federasiya, baş katib zəng edib desin ki, bu məsələni müzakirə edə bilərik? AFFA-dan isə belə bir təklif olmamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see250

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see216

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see206

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see184

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see145

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see137

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see136

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see133

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see132

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see130

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see120

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see120

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri