Icma.az
close
up
RU
Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin göstəricisidir ŞƏRH EDİLDİ

Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin göstəricisidir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"2025-ci ilin iyunun 24-də Mingəçevirdə Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi, ixrac potensialının artırılması istiqamətində atılmış çox mühüm addımdır. 1800 meqavat gücüilə ölkənin ən iri istilik elektrik stansiyası olan proje həm dəunikal xüsusiyyətlərinə görə diqqət cəlb edir. Müasir texnologiyalarla təchiz olunan stansiyada yanacaq sərfiyyatı minimum həddədir, karbon emissiyaları isə beynəlxalq standartlara uyğundur. Yüksək səmərəlilik və çevik enerji istehsalı imkanları sayəsində bu stansiya ölkə daxilində elektrik enerjisinə olan tələbatın sabit ödənilməsinə imkan verəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Mirkişili deyib.

O bildirib ki, adını Vətən müharibəsində əldə edilmiş Zəfər günündən alan stansiya ölkənin enerji müstəqilliyinə və dayanıqlı inkişaf strategiyasına xidmət edir: "Bu, Azərbaycanın müstəqilliyini öz resursları ilə daha da gücləndirəcək bir addımdır. Stansiya postmüharibə dövründə Azərbaycanın iqtisadi dirçəlişinin göstəricisidir. Bu stansiya hərbi müstəvidə əldə etdiyimiz qələbənin iqtisadi sferada davamıdır. Çox müsbət haldır ki, Azərbaycan post-münaqişə dövründə qələbə eyforiyasından əziyyət çəkmədi, islahatları davam etdirdi, beynəlxalq əlaqələri genişləndirdi, yeni-yeni layihələrə imza atdı. Həm ənənəvi enerji mənbələrindən istifadənin səmərəliliyinin artırılması, həm də bərpaolunan enerji sahəsində bir sıra önəmli layihələrin reallaşdırılması postmüharibə mərhələsinin önəmli hadisələrindən biridir. Dövlətimiz enerji sektorunun modernləşdirilməsi və diversifikasiyası istiqamətində ciddi addımlar atmaqdadır. Stansiyanın tikintisində İtaliyanın “Ansaldo Energia” və Çinin “Dongfang” şirkətləri ilə yanaşı, yerli ixtisaslaşmış BCC Group da iştirak edib. Bu mənada “8 Noyabr” Elektrik Stansiyası Azərbaycan-İtaliya-Çinin ölkəmizin gələcək enerji siyasətindəki vahid mövqeyinin ifadəsidir. Ölkə həm neft-qaz resurslarına əsaslanan enerji istehsalı, həm də bərpa olunan enerji mənbələrinin inkişafı ilə balanslı enerji siyasəti həyata keçirir. Bərpaolunan enerji layihələrinə böyük investisiyalar yatırılır. 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan mənbələrin payının 30%-ə çatdırılması hədəflənir.

Regional enerji təhlükəsizliyində Azərbaycan mühüm aktora çevrilib. Ölkəmiz Gürcüstan, Türkiyə, İran və Rusiya kimi qonşu ölkələrə elektrik enerjisi ixrac edir. Köhnə istilik stansiyalarının modernləşdirilməsi, müasir idarəetmə sistemlərinin tətbiqi enerji istehsalında effektivliyi və şəffaflığı artırıb. Qaradağda 230 MVt-lıqGünəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın ilk özəl investisiya əsasında reallaşdırılmış bərpaolunan enerji layihəsi kimi tarixə düşüb. Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə birgə daha iki iri Günəş parkının təməli qoyulub. Cəbrayılda isə bp şirkəti tərəfindən 240 MVt-lıq “Şəfəq” Günəş Elektrik Stansiyasının inşası davam edir və bu layihə Qarabağ bölgəsində icra edilən ilk iri Günəş enerji layihəsi kimi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində artıq 30-a yaxın hidroelektrik stansiya istismara verilib".

"Beləliklə, Mingəçevir nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzinə çevriləcək. Hazırda ölkənin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. “8 Noyabr” Stansiyasının istismara verilməsi ilə generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək. Bu stansiyada tətbiq olunan ən son texnoloji həllər və dünyanın aparıcı enerji istehsalı avadanlıqları sayəsində 1 kvts elektrik istehsalına şərti yanacaq sərfiyyatının 120 qram azaltmaqla 345 qramdan 225 qrama enməsinə imkan verir. Bu isə ildə 1 milyardkub metr qaza qənaət edilməsi deməkdir. “8 Noyabr” Elektrik Stansiyası həm ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsidir. Bu layihənin qısa müddət ərzində ərsəyə gəlməsi Azərbaycanın kadr potensialının gücündən xəbər verir. Bu stansiyalar bölgənin ekoloji və iqtisadi dirçəlişinə xidmət edir, enerji təhlükəsizliyinə töhfə verir.

“8 Noyabr” Elektrik Stansiyası ixrac potensialını daha da artıracaq, bu da büdcə gəlirlərinə müsbət təsir göstərəcəkdir: “Stansiya Azərbaycanın enerji sektorunda yeni inkişaf səhifəsi açır. Buna təkcə texniki layihəkimi baxmaq düzgün deyildir. Siyasi iradə, iqtisadi-strateji baxış və ekoloji məsuliyyətin vəhdətini bu layihədə görmək mümkündür. Azərbaycan bu addımlarla regionda enerji təhlükəsizliyinin təminatçısı və qlobal çağırışlara cavab verə bilən müasir enerji dövləti kimi mövqeyini daha da gücləndirir” - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri