Bu çıxış Azərbaycanın strateji proaktivliyinin göstəricisidir ŞƏRH EDİLDİ
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycan Prezidenti İlham Əliyevin 5 yanvar müsahibəsində səsləndirdiyi mesajlar regiondakı yeni nəqliyyat arxitekturasının konturlarını daha da aydınlaşdırdı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, cənab Prezidentin vurğuladığı kimi, Ermənistanın həm Naxçıvan üzərindən İranın dəmir yolu şəbəkəsinə, həm də Azərbaycanın əsas ərazisi vasitəsilə Rusiyaya çıxış əldə etməsi Cənubi Qafqazda uzun illərdir bağlı olan kommunikasiya xəttlərinin açılmasına rəvac verir:
"Bu model faktiki olaraq Ermənistanın iqtisadi təcridini zəiflədərək regionun inteqrasiyasını gücləndirir və onu yeni nəqliyyat-tranzit sisteminin bir hissəsinə çevirir. Beləliklə, Bakı regionu nəqliyyat qovşağı kimi yenidən formatlayır və bütün tərəflərin maraqlarını nəzərə alan daha inklüziv əməkdaşlıq çərçivəsi formalaşdırır.
Digər tərəfdən, bu çıxış həm də Azərbaycanın strateji proaktivliyinin göstəricisidir. Bakı müharibədən sonrakı dövrdə regional kommunikasiyaların açılması ideyasını masada saxlayır və Ermənistanın yeni dəhlizlərə qoşulmasının yalnız iqtisadi deyil, həm də siyasi nəticələri olacağını vurğulayır. Bu baxımdan, İran və Rusiyaya uzanan dəmir yolu xətləri Ermənistan üçün alternativ marşrutlar yaratsa da, həmin alternativlərin reallaşması Azərbaycanın mövqeyi və razılığı ilə mümkündür. Bu fakt Bakının regionda tənzimləyici və əlaqələndirici rolunu daha da möhkəmləndirir. Azərbaycan nəqliyyat qovşağı kimi çıxış edərək yalnız öz maraqlarını deyil, bütün regional aktorların mənafelərini balanslaşdıran daha inklüziv əməkdaşlıq modelini irəli sürür. Nəticə etibarilə, bu yanaşma Ermənistanı destruktiv mövqedən uzaqlaşmağa təşviq edir, regional inteqrasiyanı dərinləşdirir və Cənubi Qafqazda dayanıqlı sülh gündəminin reallaşması üçün əsas mexanizmlərdən birinə çevrilir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 08 Yanvar 2026 21:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















