Icma.az
close
up
RU
“Starmer Londondakı sammitdə sülh ümidini dirçəltməyə çalışacaq“ “Reuters“

“Starmer Londondakı sammitdə sülh ümidini dirçəltməyə çalışacaq“ “Reuters“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Avropa liderləri həlledici mərhələdə Vaşinqtonu Ukraynaya dəstəyi dayandırmamağa inandırmağa çalışacaq..."

Böyük Britaniya baş naziri Kir Starmer bazar günü Ukrayna prezidenti Vladimir Zelenski və digər Qərb liderləri ilə görüşdə Rusiya-Ukrayna müharibəsinin sülh razılaşması ilə başa çatdırılması ümidini yenidən canlandırmağa çalışacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp ilə fevralın 28-də baş verən mübahisədən, Trampın Ukraynaya dəstəyi dayandırmaqla hədələməsi və Zelenskini ABŞ-ın yardımına qarşı nankorluqda ittiham etməsindən sonra, martın 1-də Londonda, Daundinq-stritdə, Ukrayna lideri səmimi qarşılanıb.

Zelenski Avropa liderlərindən dəstək vədini ala bilər

London sammitində Starmer və digər Avropa liderlərinin Zelenskiyə dəstək vədi verməsi gözlənilir. Onlar mühüm bir sualla qarşılaşacaq: mümkün sülh danışıqları başlamazdan öncə Kiyevə hərbi və maliyyə dəstəyi təmin etməyi öz üzərlərinə götürə bilərlərmi?

Ağ Evdə baş verən gərgin görüşdən sonra Avropa dövlətlərinin liderləri açıq şəkildə Zelenskiyə dəstək ifadə edib. Bundan əlavə, Almaniya Ukraynaya 3 milyard avro (3,1 milyard dollar) ayırmağa çağırıb.

Martın 2-də keçiriləcək sammitdə Starmer Avropa liderlərinin Ukraynaya daha konkret dəstək təklif edəcəyinə ümid edir. Həmçinin, o, mümkün sülh razılaşmasını canlandırmaq və Trampı inandırmaq üçün Avropanın müdafiə məsələlərində daha fəal iştirak edə biləcəyini göstərməyə çalışacaq.

Londondakı sammitdən gözləntilər

Qərb müşahidəçiləri ehtimal edir ki, bəzi Avropa liderləri Zelenskini ABŞ prezidenti ilə yenidən danışıqlara qayıtmağa təşviq edə bilər.

"Britaniya hökumət başçısı bəyanatında vurğulayıb ki, "Rusiyanın Ukraynaya qarşı amansız işğalından üç il sonra biz həlledici mərhələdəyik". Starmer Ukraynaya "sarsılmaz dəstək" və göstərilən yardımın ikiqat artırılmasını təklif edib.

"Müttəfiqlərimizlə birlikdə biz Avropanın təhlükəsizlik zəmanətləri ilə bağlı hazırlığımızı artırmalı və ABŞ ilə müzakirələri davam etdirməliyik", - Britaniya baş naziri əlavə edib.

Görüşə kimlər qatılacaq?

London sammiti çərçivəsində Starmer martın 2-də İtaliya baş naziri Corca Meloni ilə görüşəcək. Ukrayna prezidenti isə artıq şənbə günü Londona gəlib.

Daha sonra görüşə Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayyen, NATO-nun baş katibi Mark Rütte, həmçinin Almaniya, Danimarka, Niderland, Norveç, Polşa, İspaniya, Kanada, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri də qoşulacaq. Türkiyə xarici işlər naziri də sammitdə iştirak edəcək.

"Həlledici" sammitlər

Qərb mediası vurğulayır ki, bir çox Avropa liderləri Fransa prezidenti Makron və Britaniya baş naziri Starmerin mümkün sülh razılaşmasını qorumaq planından geri çəkilmək niyyətində deyil. Starmer isə Böyük Britaniyanın Avropa ilə ABŞ arasında vasitəçi rolunu oynamasını istəyir.

"Reuters" yazır ki, bazar günü Londonda keçiriləcək sammit və gələn həftə Brüsseldə baş tutacaq Avropa İttifaqının fövqəladə sammiti Ukraynaya konkret dəstək mexanizmlərinin yaradılması və Ağ Evdə yaşanan gərginliyin nəticələrinin aradan qaldırılması baxımından həlledici ola bilər.

İtaliya baş naziri Corca Meloni isə ABŞ, Avropa ölkələri və müttəfiqlərin iştirakı ilə təcili sammitin çağırılmasını təklif edib. Məqsəd Ukrayna da daxil olmaqla, müasir dövrün böyük çağırışları ilə necə mübarizə aparmağı müzakirə etməkdir.

Avropa liderləri sülh danışıqları, təhlükəsizlik zəmanətləri və Ukraynanın gücləndirilməsinə çağırış edəcək

Bazar günü keçiriləcək sammitdə Avropa liderlərinin yenidən Ukraynanın da daxil olduğu sülh danışıqlarına çağırış edəcəyi gözlənilir. Onlar Kiyevin mövqeyini möhkəmləndirmək, uzunmüddətli sülh üçün təhlükəsizlik zəmanətləri yaratmaq və Rusiyanın mümkün yeni hərbi təcavüzünün qarşısını almaq üçün addımlar atmaq niyyətindədir.

Bu o deməkdir ki, Avropa liderləri Vaşinqtonu Ukraynaya dəstəyi dayandırmamağa inandırmağa çalışacaq. Xüsusilə hava hücumundan müdafiə sistemləri, kəşfiyyat məlumatları və nəzarət texnologiyaları ilə bağlı dəstəyin davam etdirilməsi məsələsi gündəmə gələ bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Mart 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri