Icma.az
close
up
RU
Tramp ümidini sülh müqaviləsinə bağlayıb

Tramp ümidini sülh müqaviləsinə bağlayıb

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir. 

Bu barədə ABŞ-də yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu özünü “X” hesabında məlumat verib. O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilərlər. Qeyd edək ki, Ağ Evdə üçtərəfli görüş baş tutarsa, Prezident Tramp Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması istiqamətində birbaşa və ilk iştirakı olacaq. 

Bundan öncə Donald Tramp Azərbaycan və Ermənistan arasında sülhə nail olduqlarına dair iki dəfə açıqlama verib. Eyni zamanda, rəsmi Vaşinqtonun təşəbbüsü ilə iyulun 10-da Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilib. Tərəflər ABŞ tərəfindən irəli sürülmüş sülh müqaviləsinin imzalanması və nəqliyyat-kommunikasiya vasitələrinin açılması məsələlərini müzakirə ediblər. 

Bu baxımdan, Donald Trampın son vaxtlar Azərbaycan-Ermənistan sülh prosesinə diqqətinin artması bir sıra suallar doğurub. ABŞ-nin təşəbbüsünün Tramp adminstrasiyasının Cənubi Qafqaza marağının artması ilə, yoxsa başqa səbəblə bağlı olduğu haqda təhlillər səslənir. Əslində, səbəblər genişdir və Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması, o cümlədən nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası Tramp adminstrasiyasının Cənubi Qafqaz strategiyasında mühüm yer tutur. 

Lakin sözügedən sülh təşəbbüsünün əsas səbəblərindən biri kimi Donald Trampın Beynəlxalq Nobel sülh mükafatı almaq istəyi göstərilir. Prezident seçildikdən sonra dünyada mövcud olan bir sıra münaqişələrə son qoyacağını vəd edən Tramp Barak Obamadan sonra Nobel sülh mükafatı almaq istəyən beşinci ABŞ prezidenti olmağı arzulayır. 

Bundan əvvəl Teodor Ruzvelt, Vudro Vilson, Cimmi Karter və Barak Obama beynəlxalq sülh mükafatına layiq görülüb. Donald Tramp hazırda dünyada ən böyük münaqişə sayılan Rusiya-Ukrayna müharibəsinə son qoymaqla “Nobel” mükafatçısı olacağaına ümid etsə də buna nail ola bilmədi. Trapm hələlik tərəflər arasında konsensua nail ola bilmədiyindən, Ukraynada müharibə daha genişlənir. 

ABŞ-nin 47-ci prezidentinin Yaxın Şərqdə də sabitlik yaratmaq istiqamətində irəliləyiş əldə edə bilməməsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərində narazılıqğın yaranmasına səbəb olub. Trampın dünyadakı digər münaqişələrə, o cümlədən Azərbaycan-Ermənistan sülh danışıqlarına diqqətini yönəltməsi məhz bununla izah olunur. Aprel ayında Tramp Kəşmirdə Pakistan və Hindistan arasında gedən ağır döyüşləri dayandırmaq üçün atəşkəsə nail olub. 

İyunun 28-də isə Ruanda və Konqo Demokratik Rerspublikası arasındakı münaqişəyə son qoyulması məqəsdilə Ağ Evdə Donald Trampın iştirakı ilə sülh müqaviləsi imzalanıb. İndi isə Prezident Tramp Azərbaycanla Ermənistan arasında sülh yaradan ilk siyasətçi kimi tarixə düşmək istəyir. 

Əgər belə bir sənəd imzalanarsa,  yekun sülh müqaviləsi deyil, hələlik çərçivə sənədi olacaq. Amma bütün hallarda Azərbaycan və Ermənistan arasında sülhü təmin edəcək ilk sazişin imzalanması münaqişəyə son qoyulması istiqamətində böyük siyasi hadisə sayılar. 

Görünür, Tramp barışdırıcı missiyanı öz üzərinə götürməklə, 2025-ci ildə Beynəlxalq Nobel Sülh mükafatının real namizədləri siyahısına öz adını yazdırmaq istəyir. Əgər Trampın Azərbaycan və Ermənistan arasında sülh yaratmaq səyləri nəticə versə, çox güman ki, rəsmi Bakı və İrəvan onun namizədliyini dəstəkləyə bilər.

Müşfiq Abdulla 
“Cebheinfo.az

Açar sözlər: Tramp sülh müqaviləsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Avqust 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri