Icma.az
close
up
RU
Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir MÜSAHİBƏ

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir MÜSAHİBƏ

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycanın startap ekosistemində bizneslərin rəqəmsal transformasiyasına töhfə verən innovativ layihələrdən biri də “iLoyal” platformasıdır. Restoran və pərakəndə sektorunda müştəri loyallığının idarə olunmasını daha müasir və məlumat əsaslı yanaşma ilə təqdim edən bu layihə qısa müddətdə diqqət çəkməyi bacarıb. Platforma loyallıq sistemi ilə yanaşı POS sistemi, rəqəmsal menyu, masadan sifariş və analitika kimi funksiyaları vahid ekosistemdə birləşdirir. İnnovativ yanaşmasına görə layihə rəsmi olaraq startap şəhadətnaməsi də əldə edib.

“iLoyal” platformasının yaranma hekayəsi, bizneslər üçün yaratdığı imkanlar və gələcək inkişaf planları barədə “iLoyal” MMC-nin təsisçisi Fidan Zamanlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- “iLoyal" platformasının yaranmasına hansı bazar ehtiyacı səbəb oldu və siz mövcud loyallıq sistemlərindən hansı əsas fərqlə seçilməyi hədəflədiniz?

- “iLoyal” ideyası bazarda müşahidə etdiyimiz real ehtiyacdan yaranıb. Restoran və pərakəndə bizneslərin əksəriyyəti ya ümumiyyətlə loyallıq sistemi istifadə etmirdi, ya da kağız kart və sadə endirim mexanizmlərinə əsaslanan köhnə modellərdən istifadə edirdi. Bu cür yanaşma isə nə biznes sahibinə müştəri davranışı haqqında məlumat verirdi, nə də müştəri üçün fərdiləşdirilmiş təcrübə yaradırdı. Biz layihəni qurarkən məqsədimiz bizneslərin bütün əməliyyatlarını bir platformada idarə edə bilməsi idi. Bu səbəbdən “iLoyal”ı yalnız loyallıq həlli kimi deyil, POS sistemi, rəqəmsal menyu, masadan sifariş, onlayn ödəniş və biznes analitikasını birləşdirən vahid platforma kimi formalaşdırdıq.

Bu yanaşma sayəsində hər sifariş təkcə satış əməliyyatı kimi qalmır, eyni zamanda, məlumat mənbəyinə çevrilir. Biznes sahibi müştərilərin ziyarət tezliyini, geri dönüş statistikasını, məhsul seçimlərini və satış dinamikasını real vaxtda görə bilir. Bu da qərarların intuisiya ilə deyil, real məlumatlar əsasında verilməsinə imkan yaradır. Qısaca desək, bizim əsas fərqimiz loyallığı ayrı bir funksiya kimi deyil, biznesin bütün əməliyyatlarını və müştəri münasibətlərini birləşdirən rəqəmsal ekosistem kimi qurmaq oldu.

- Azərbaycanda restoran və pərakəndə bizneslərin müştəri loyallığına yanaşması sizcə hansı mərhələdədir, “iLoyal” bu yanaşmanı necə dəyişir?

- Mənim müşahidəmə görə, Azərbaycanda restoran və pərakəndə bizneslər artıq müştəri loyallığının vacibliyini anlayırlar, amma bu sahədə yanaşma hələ tam sistemli deyil. Bir çox müəssisələr loyallığı əsasən endirim kampaniyaları və ya kart sistemi ilə qurmağa çalışır. Bu isə qısa müddətli effekt verir, amma biznes üçün real analitika və müştəri davranışı haqqında dərin məlumat yaratmır. “iLoyal”ı qurarkən bizim əsas məqsədimiz loyallıq anlayışına bir az daha geniş baxmaq idi. Biz bunu sadəcə endirim mexanizmi kimi deyil, biznesin gündəlik əməliyyatlarının bir hissəsi kimi düşünürük. Platformada POS sistemi, rəqəmsal menyu, masadan sifariş, onlayn ödəniş və müştəri geridönüş statistikası eyni sistemdə işləyir. Bu da sahibkara müştəri ilə bağlı qərarları intuisiya ilə deyil, real məlumatlara əsaslanaraq vermək imkanı yaradır.

- Rəqəmsal menyu və loyallıq funksiyalarının bir platformada birləşdirilməsi biznes sahiblərinə real olaraq hansı üstünlükləri qazandırır?

- Bizneslər üçün ən böyük üstünlük proseslərin sadələşməsi və inteqrasiyasıdır. Adətən sifariş sistemi, loyallıq sistemi və satış hesabatları müxtəlif platformalarda olur və bu da həm vaxt aparır, həm də idarəetməni çətinləşdirir. “iLoyal”da isə bütün bu proseslər bir platformada toplanır. Müştəri rəqəmsal menyudan sifariş verir, lazım olduqda masadan ödəniş edə bilir və bütün bu əməliyyatlar POS sistemində avtomatik qeyd olunur. Eyni zamanda, həmin sifariş müştəri davranışı statistikasına da əlavə olunur. Bu, bir tərəfdən işçi yükünü azaldır və sifariş prosesini sürətləndirir, digər tərəfdən isə biznes sahibinə satışlar, müştəri aktivliyi və məhsul performansı haqqında daha aydın mənzərə təqdim edir.

- Platforma üzərindən toplanan müştəri davranışı məlumatları bizneslərin satış və marketinq strategiyalarına necə təsir edir?

- Biznes üçün ən dəyərli resurslardan biri məlumatdır. Platforma üzərindən toplanan məlumatlar sahibkara müştərilərinin davranışını daha yaxşı anlamağa kömək edir. Məsələn, hansı müştərilər daha tez-tez geri qayıdır, hansı məhsullar daha çox sifariş olunur, hansı saatlarda satışlar azalır və ya hansı kampaniyalar daha effektiv işləyir – bütün bunları statistik olaraq görmək mümkündür. Xüsusilə müştəri geridönüş göstəriciləri biznes üçün çox önəmlidir. Çünki davamlı gəlir əksər hallarda yeni müştərilərdən deyil, mövcud müştərilərin təkrar ziyarətlərindən formalaşır. Bu məlumatlar əsasında bizneslər daha məqsədli kampaniyalar qura və marketinq büdcəsini daha effektiv istifadə edə bilirlər.

- “iLoyal”ın yaxın perspektivdə inkişaf planları nədən ibarətdir – yeni funksiyalar, sektorlar və ya beynəlxalq bazarlara çıxış nəzərdə tutulurmu?

- Hazırda əsas fokusumuz platformanın analitika və avtomatlaşdırma imkanlarını daha da inkişaf etdirməkdir. Xüsusilə süni intellekt əsaslı analiz və proqnozlaşdırma mexanizmləri üzərində işləyirik. Məqsəd yalnız statistik məlumat təqdim etmək deyil, həm də sistemin biznes sahibinə qərarvermə prosesində kömək edən tövsiyələr verməsidir. Məsələn, hansı müştərilərin aktivliyinin azalmağa başladığını, hansı məhsulların daha çox təşviq edilməli olduğunu və ya hansı kampaniyanın daha effektiv nəticə verə biləcəyini sistem avtomatik analiz edib göstərə biləcək. Bununla yanaşı, platformanın analitika və biznes idarəetmə imkanlarını da daha da genişləndirməyi planlaşdırırıq. Məqsədimiz biznes sahibinə yalnız satış məlumatlarını deyil, həm də müştəri davranışı, geri dönüş statistikası və məhsul performansı ilə bağlı daha dərin analiz təqdim etməkdir. Bu isə sahibkarlara qərarlarını daha çox real data əsasında verməyə imkan yaradır. Beynəlxalq genişlənmə də strateji istiqamətlərimizdən biridir. Platforma artıq Türkiyə, Özbəkistan və Almaniyada da istifadə olunur və bu, məhsulun regional bazarlar üçün uyğun olduğunu göstərir. Növbəti mərhələdə məqsədimiz bu təcrübəni genişləndirərək “iLoyal”ı regionda istifadə olunan rəqəmsal biznes platformalarından birinə çevirməkdir.

Ümumilikdə yanaşmamız “iLoyal”ı sadəcə loyallıq sistemi kimi deyil, POS sistemi, rəqəmsal menyu, masadan sifariş və analitika imkanlarını birləşdirən vahid biznes platforması kimi inkişaf etdirməkdir. Bu isə biznes sahiblərinə bütün əməliyyatlarını bir sistem daxilində daha rahat və effektiv şəkildə idarə etmək imkanı verir.

Müxbir: Samirə Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri