Icma.az
close
up
RU
Stas Pokatilov söz verib: “Bundan sonra bizdə hər şey alınacaq”

Stas Pokatilov söz verib: “Bundan sonra bizdə hər şey alınacaq”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Sabah”ın qazaxıstanlı qapıçısı Stas Pokatilovun Futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 4-cü turunda “Neftçi” ilə qolsuz heç-heçə etdiniz. Sizcə, nəticə oyuna görə oldu?

– Çətin oyun oldu. Bu görüşdə bir neçə yeni futbolçumuz şans qazanmışdı. Onların kollektivə uyğunlaşması, komandanın oyun sisteminə öyrəşməsi üçün müəyyən vaxt lazımdır. “Neftçi” ilə görüşdə hər şey heç də istədiyimiz kimi alınmadı. Buna baxmayaraq, fikrimcə, nəticə ədalətli oldu. Öz üzərimizdə çalışmalı, yol verdiyimiz nöqsanları, çatışmazlıqları aradan qaldırmalıyıq.

– “Sabah” çempionatda 3 oyuna 4 xal toplayıb. Bu nəticə sizi razı salır?

– Əlbəttə, yox. Biz hər oyuna qələbə üçün çıxırıq. Məqsədimiz budur. Amma bayaq da dediyim kimi, çatışmazlıqlar üzərində çalışmalıyıq. İnanıram ki, bundan sonra bizdə hər şey alınacaq.

– “Transfer pəncərəsi”nin son günlərində “Sabah” heyətinə 3 yeni oyunçu qatdı. Timoteuş Puxaç, Aaron Maluda və Aleksey İsayev haqda fikriniz necədir? Onlar komandanın gücünə güc qata biləcəklər?

– Yeni gələnlər kifayət qədər keyfiyyətli oyunçulardır. Düşünürəm ki, onların bizimlə olması komandada ümumi keyfiyyətin və rəqabətin artmasına səbəb olacaq ki, bu da müsbət amildir.

– Növbəti turda “Turan Tovuz”u qəbul edəcəksiniz. Şansları necə dəyərləndirirsiniz?

– Şanslar barədə danışmaq istəməzdim. Sadəcə, onu deyə bilərəm ki, komanda olaraq əlimizdən gələni edəcəyik ki, meydandan 3 xalla ayrılaq.

– “Zirə” və “Araz-Naxçıvan” ötən mövsümdəki kimi, yenə iddialıdırlar. “Turan Tovuz”un 4 oyuna 3 qələbə qazanması bu komandanın da avrokuboklara iddialı olduğunu göstərir. Üstəlik, mövsümə uğurlu başlamış “Sumqayıt” var. “Neftçi” də qələbə seriyasına başlasa, “Sabah”ın avrokuboklara vəsiqə qazanmaq işi daha da çətinləşməyəcək?

– Bu komandalar mövsümə çox yaxşı başlayıblar. Bu da çempionata əlavə rəng qatır, daha rəqabətli liqa halına gətirir. Biz komanda olaraq öz oyunumuz və nəticələrimiz barədə düşünürük. Yalnız qarşıdakı matçlarımıza, bu oyunlarda qələbəyə köklənirik.

– Azərbaycan çempionatında çıxış edən ən yaxşı qapıçılardansınız. Maraqlıdır, siz özünüz Premyer Liqamızda çıxış edən qolkiperlərdən kimləri daha çox bəyənirsiz?

– Xoş sözlərinizə görə təşəkkür edirəm. Amma mən digər komandaların yox, öz qapıçılarımız barədə fikirlərimi bildirmək istərdim. Hazırda komandamızda olan Nicat Mehbalıyev, Rüstəm Samiqullin və Rauf Əyyubov kifayət qədər bacarıqlı qapıçılardır. Onlar öz üzərlərində indiki kimi çalışmağa davam etsələr, inanıram ki, Azərbaycanda ən yaxşı qapıçılardan olacaqlar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri