Ştaynmayer: “Ən ədalətli həll yolu hər kəs üçün məcburi xidmət olacaq”
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkədə məcburi hərbi xidmətin bərpasının tərəfdarı olduğunu bəyan edib.
Turkustan.az xəbər verir ki, dövlət başçısı bu barədə Berlində Federal Ordunun (Bundesver) yaradılmasının 70-ci ildönümünə həsr olunan mərasimdə çıxışı zamanı bildirib.
“Uzunmüddətli perspektivdə ən ədalətli həll yolu hər kəs üçün məcburi xidmət dövrünün tətbiqi olacaq. Bəziləri orduda, digərləri isə sosial xidmət sahəsində xidmət göstərə bilərlər”, – deyə, Ştaynmayer vurğulayıb.
Prezident qeyd edib ki, Almaniyanın müdafiə qabiliyyətinin artırılması üçün daha çox əsgərə ehtiyac var:
“Ordumuza müdafiə qabiliyyətimizi gücləndirmək üçün indi daha çox əsgər lazımdır. Düşünürəm ki, uzunmüddətli baxımdan bu, ən ədalətli yanaşmadır.”
Ştaynmayer həmçinin müdafiə naziri Boris Pistoriusun yeni hərbi xidmət qanunu ilə bağlı gördüyü hazırlıqlara toxunaraq, “Yeni qanun layihəsi ilə qısa zamanda bu istiqamətdə düzgün addımların atılacağına inanıram,” – deyə əlavə edib.
Ukrayna müharibəsinin təkcə bu ölkəyə deyil, bütövlükdə Avropa sülh nizamına hücum olduğunu vurğulayan prezident bildirib:
“Biz avropalılar, xüsusilə də almanlar, hərbi müdafiə imkanlarımızı gücləndirməliyik. Bunun üçün güclü və yaxşı təchiz olunmuş orduya ehtiyacımız var.”
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 13 Noyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















