Icma.az
close
up
RU
Vicdan ən ədalətli hakimdir

Vicdan ən ədalətli hakimdir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

‎İnsan həyatda çox hakimlərin qarşısına çıxa bilər. Qanun onu mühakimə edər, cəmiyyət onu qiymətləndirər, tarix isə haqqında hökm verər. Ancaq elə bir hakim var ki,nə qorxur, nə də kiminsə hökmü ilə dəyişir. O hakim insanın öz vicdanıdır.

‎‎Vicdan insanın daxilində yanan elə bir çıraqdır ki, onu heç bir qaranlıq söndürə bilməz. İnsan bəzən hamını aldada bilər, hətta özünü də haqlı göstərməyə çalışar. Lakin gecənin sakitliyində, sükutun hökm sürdüyü anlarda vicdan öz hökmünü verir. O hökm nə məhkəmə qərarıdır, nə də insanların alqışı. O hökm insanın öz ürəyində yazılır.

‎‎Ədalət yalnız məhkəmə zallarında axtarılmamalıdır. Ədalət əvvəlcə insanın vicdanında doğulmalıdır. Vicdan susduğu yerdə qanun da zəifləyir, haqq da tapdanır, insanlıq da sarsılır. Çünki vicdanını itirən insan doğru ilə yalanın, haqq ilə nahaqqın sərhədini görməkdə çətinlik çəkir.

‎‎Tarix göstərir ki, vicdanı ilə yaşayan insanlar bəzən çətinliklərlə üzləşsələr də, adlarını şərəflə tarixə yazdırıblar. Vicdanını mənfəətə dəyişənlər isə bir müddət qazansalar da, zamanın hökmü qarşısında uduzublar. Çünki zaman hər şeyi unutsa da, vicdansızlığı heç vaxt bağışlamır.

‎‎İnsan böyük vəzifələrə sahib ola bilər, yüksək məqamlara çata bilər, saysız-hesabsız mükafatlar ala bilər. Amma vicdanının qarşısında məğlub olubsa, əslində heç nəyə nail olmayıb. Ən böyük mükafat insanın öz vicdanı qarşısında alnıaçıq dayanmasıdır.

‎‎Bu gün cəmiyyətimizin ən çox ehtiyac duyduğu dəyərlərdən biri də məhz vicdandır. Valideyn vicdanlı olarsa, övlad doğru tərbiyə alar. Müəllim vicdanlı olarsa, savadlı nəsil yetişər. Rəhbər vicdanlı olarsa, ədalət bərqərar olar. Vətəndaş vicdanlı olarsa, dövlət daha da güclənər.

‎‎Vicdan insanın görünməyən pasportu, susmayan şahidi və ömür boyu yanında gəzən hakimidir. Onun hökmündən qaçmaq mümkün deyil. Çünki insan başqalarının gözündən gizlənə bilər, amma öz vicdanından heç vaxt gizlənə bilməz.

Famil Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 İyul 2026 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri