“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının "STB" Pop qrupu musiqisi Oqtay Kazımi, sözləri Cabir Novruza məxsus "Yaşayır İnsan" mahnısını yeni aranjimanda və klip formatında tamaşaçılara təqdim edib.
Qeyd edək ki, "Yaşayır İnsan" mahnısı ilk dəfə dünya şöhrətli sənətkar, Xalq artisti Rəşid Behbudov tərəfindən ifa olunub. Mahnının onun repertuarında yer alması əsərə xüsusi bədii əhəmiyyət qazandırıb.
Mahnını "STB" Pop qrupunun solisti Natəvan Həsənova səsləndirib. Klipin çəkilişləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında həyata keçirilib.
Layihə klassik Azərbaycan estrada musiqisinin tanınmış nümunələrinin müasir təqdimat formatında gənc ifaçılar tərəfindən yaşadılmasına və geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 01 Oktyabr 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















