Stefen Karri rekorda imza atdı
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Qolden Steyt” klubunun basketbolçusu Stefen Karri müntəzəm çempionatda “Los-Anceles Leykers”lə matçda rekorda imza atıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı basketbolçu Milad günü keçirilən oyun ərzində əldə etdiyi 38 xaldan 17-ni dördüncü hissədə toplayıb.
Bu, Milad günündə baş tutan matçların dördüncü hissəsində toplanılan xalların sayına görə rekorddur.
S.Karri cari mövsüm Kaliforniya klubunun heyətində 24 matç keçirib. O, hər oyunda orta hesabla 22,5 xal toplayıb, 4,8 ribaund, 6,5 ötürmə edib və 1,2 dəfə top ələ keçirib.
Qeyd edək ki, “Qolden Steyt” rəqibinə 113:115 hesabı ilə məğlub olub. Keçirdiyi matçların 51,7 faizində qələbə qazanan komanda hazırda turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Baxış sayı:138
Bu xəbər 26 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















