Stefen Karri NBA tarixində yeni rekord müəyyənləşdirdi
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qolden Steyt Uorriorz”un ulduz basketbolçusu Stefen Karri Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün ilk dörd oyununda səhvsiz yerinə yetirilən cərimə atışlarının sayına görə yeni rekord müəyyənləşdirib.
İdman.Biz Kaliforniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı basketbolçu 2026/27 mövsümünün ilk dörd qarşılaşmasında 39 cərimə atışının hamısını dəqiq yerinə yetirərək 100 faizlik nəticə göstərib.
Amerikalı basketbolçu növbəti rekorduna “Qolden Steyt”in “Minnesota Timbervulvz” üzərində 119:114 hesablı qələbə qazandığı oyunda imza atıb.
Karri bu görüşdə 16 cərimə atışının hamısını dəqiq yerinə yetirib. Bu göstərici həm də onun bir matçda səhvsiz reallaşdırdığı cərimə atışlarının sayına görə şəxsi rekordudur.
Meydanda 32 dəqiqə keçirən basketbolçu 44 xal toplayıb, səkkiz ribaund və altı məhsuldar ötürmə ilə yadda qalıb. O, komandasının qələbəsində əsas rol oynayan oyunçulardan biri olub.
Baxış sayı:124
Bu xəbər 31 Oktyabr 2026 08:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















