Icma.az
close
up
RU
STM azad olunmuş ərazilərdə ilk dəfə rəy sorğusu aparır FOTO

STM azad olunmuş ərazilərdə ilk dəfə rəy sorğusu aparır FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sosial Tədqiqatlar Mərkəzi (STM) Böyük Qayıdış prosesinin təşkilinin, o cümlədən davamlılığının qiymətləndirilməsi, qayıdan vətəndaşların məmnuniyyətinin ölçülməsi məqsədilə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə tədqiqat həyata keçirir.

Redaktor.az xəbər verir ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində azad olunan torpaqlarda məskunlaşdırılan vətəndaşlar arasında dayanıqlılıq və məmnuniyyət” adlı tədqiqat layihəsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 1100 nəfərlə ictimai rəy sorğusu aparılır.

Hazırda davam edən sorğu qayıdışın reallaşdığı əraziləri, o cümlədən Ağdam rayonu (Sarıcallı və Kəngərli kəndləri), Ağdərə rayonu (Həsənriz və Suqovuşan kəndləri), Füzuli şəhəri, Şuşa şəhəri, Xocalı rayonu (Xocalı şəhəri və Ballıca kəndi), Tərtər rayonu (Talış kəndi), Laçın rayonu (Laçın şəhəri, Zabux və Sus kəndləri), Zəngilan rayonu (Ağalı kəndi) və Cəbrayıl şəhərini əhatə edir. Artıq pilot sorğu, həmçinin tədqiqata keyfiyyət təhlilini əlavə etmək məqsədilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin məsul şəxsləri ilə müsahibələr aparılıb.

İctimai rəy sorğusu sakinlərin qayıtdıqları ərazilərə nə dərəcədə uyğunlaşdıqlarını, yaradılan infrastruktur və xidmətlərdən nə dərəcədə faydalana bildiklərini, yaşadıqları ərazidə hər hansı çatışmazlıqların olub-olmadığını, davamlı, qalıcı məskunlaşma üçün vacib amilləri,  asudə vaxtın təşkili üçün mövcud imkanları, təhlükəsizlik səviyyəsini, məşğulluq imkanlarını, verilən dövlət imtiyazlarından faydalana bilib-bilmədiklərini müəyyən etməyi nəzərdə tutur. Tədqiqat yekunlaşdıqdan sonra nəticələr geniş hesabat halında ictimaiyyətə təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri