STM də dəyirmi masa keçirilir
Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Sosial Tədqiqatlar Mərkəzinin, Türkiyə İletişim Başkanlığının Bakıdakı Mətbuat Müşavirliyinin və Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "Media Məkanında Strateji Əməkdaşlıq Anlaşma Memorandumu"nun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər" mövzusunda dəyirmi masa keçirilir.
Tədbirdə Azərbaycan və Türkiyənin müxtəlif media orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri iştirak edirlər.
Tədbir çərçivəsində iki ölkə arasında media sahəsində həyata keçirilən birgə fəaliyyətin nəticələri dəyərləndiriləcək.
Dəyirmi masada "44 Müqəddəs Gün: Bir millət - bir media", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun 5 ilinə baxış", "2024-cü ildə Türkiyə və Azərbaycanın media qurumları arasında əməkdaşlıq əlaqələrinin dəyərləndirilməsi", "Türkiyə-Azərbaycan Media Platformasının Türk dövlətlərindəki rolu və əhəmiyyəti", həmçinin digər önəmli mövzularda çıxışlar nəzərdə tutulub.
Leyla Səməndər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Fevral 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















