Icma.az
close
up
RU
ADA Universitetində dəyirmi masa keçirilir FOTOlar

ADA Universitetində dəyirmi masa keçirilir FOTOlar

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ADA Universitetində "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" mövzusunda dəyirmi masa keçirilir.

Milli.Az xəbər verir ki, dəyirmi masada Türkiyə və Azərbaycan parlament nümayəndələri ictimai diplomatiyada parlamenti rolu barədə müzakirələr aparacaq.

Dəyirmə masa çərçivəsində "Parlamentlərin ictimai diplomatiyada rolu" və "Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu" adlı panel müzakirələr baş tutacaq.

Qeyd edək ki, bu gün Milli Məclisdə "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda beynəlxalq parlament konfransı keçirilib.

Tədbirdə 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Konfransda dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıb.

"İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib ki, Azərbaycan və Türkiyə arasında dostluq inkişaf etdikcə hər iki dövlət beynəlxalq münasibətlər sistemində daha ciddi rol oynamaq imkanı qazanırlar. Öz gücümüzü daha inamla dünyaya nümayiş etdirmək imkanı qazanmışıq.

"Bugünki tədbirdə dostluq və qardaşlığımızın bir ifadəsidir. Parlament sadəcə olaraq, qanunları qəbul etmək üçün deyil, eyni zamanda dövlətlər arasında əlaqələrin və münasibətlərin inkişaf etməsi üçün böyük əhəmiyyət kəsb edir.

İkinci Dünya Müharibəsindən sonra dünya nizamını möhkəmləndirmək üçün yaradılan beynəlxalq münasibətlər sistemi hazırda yeni dünya reallıqlarına lazımınca cavab verə bilmir. Düşünürəm ki, dünya bu reallığı qəbul etməyə məcburdur", - o deyib.

Öz növbəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" adlı beynəlxalq dəyirmi masa müzakirəsi zamanı qeyd edib ki, Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Lakin bəzi dairələr elə bir propaqanda apardılar ki, sanki o torpaqlar Azərbaycanın deyildi.

"ATƏT-in Minsk Qrupu 30 il ərzində Azərbaycan üçün ədaləti bərpa etmədi. İndi Azərbaycan və Ermənistan danışıqlar aparır. Üçüncü tərəflər sülhə təşviq etmədiyi müddətcə onların arasına girməməlidir. Ermənistanı silahlandıraraq sülh danışıqlarına zərər verməməlidirlər. Parlamentlərarası əlaqə Azərbaycan və Türkiyə dostluğuna mühim töhfə verir",- deyə o bildirib.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 07 Dekabr 2024 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri