Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

Millət vəkili: Artıq Qarabağ dan çəkinməyən klub yoxdur

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

Dünya çempionu klubunu dəyişdi

Kənanla Afranın serialında o da olacaq Foto

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

Azərbaycan iqtisadi qüdrətini bərpa etdi İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

ABŞ da atışma zamanı 3 polis öldürülüb

22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI VİDEO

“İnsanın gələcəyi: Genlərdən çox mədəniyyət bizi dəyişdirir“ Yeni elmi araşdırma

Yaşlanmaqdan qorxanlar oxusun!

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

Qərbi Azərbaycan Xronikası: Böyük Ermənistan xülyası necə uydurulub?

Dizləri, oynaqları ağrıyanlar Bu payız meyvəsini yesin

İstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib

Sabah Bakının bu rayonunda su olmayacaq

Liftlərə qənim kəsilənlər

STM dövlət suverenliyi barədə vətəndaşların mövqeyini öyrənmək üçün sorğu keçirib

STM dövlət suverenliyi barədə vətəndaşların mövqeyini öyrənmək üçün sorğu keçirib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Sosial Tədqiqatlar Mərkəzi dövlət suverenliyi barədə vətəndaşların mövqeyini, məlumatlığını, onların siyasi dünyagörüşdə nə kimi yer tutduğunu öyrənmək məqsədilə sosioloji sorğu keçirib.

Bu barədə APA-ya Sosial Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Respondentlərə təqdim edilən və çoxvariantlı seçim imkanının verildiyi sual üzrə nəticələrə əsasən, “dövlət suverenliyi” anlayışı ictimai rəydə ərazi bütövlüyünün təmin olunması (47.9%), dövlət müstəqilliyi (43.9%) və xalqın öz iradəsini sərbəst ifadə etməsi (38.0%) kimi şərh olunur. Başqa sözlə, ölkə ictimaiyyəti suverenlik anlayışını daha çox dövlətçilik, milli təhlükəsizlik və siyasi hüquqlar prizmasında dərk edir.

Növbəti sıralarda yer alan cavablar əsasən müasir tarixi reallıqlarla, xüsusilə də keçmiş işğal amilinin nəticələri ilə bağlıdır. Belə ki, sorğu iştirakçılarının 29.0%-i suverenliyi işğalın aradan qaldırılması kimi, 24.2%-i məcburi köçkünlüyə son qoyulması kimi, 22.6%-i xarici təsirlərdən azad olmaq kimi izah edib. Nəticələrin təhlilinə əsasən, növbəti sıralarda dövlət hakimiyyətinin bütün ölkə ərazisində tətbiqi (19.2%), ölkə ərazisində digər dövlətlərin hərbi bazalarının olmaması (13.6%) və digər (1.6%) cavablar yer alıb. Respondentlərin 7.7%-i bu anlayışı şərh edə bilməyib, 0.5%-i bu sualı cavablandırmaqdan imtina edib.

Dövlət suverenliyin tam bərpasından əvvəlki dövrə münasibətdə irəli sürülən fikirlər ictimai rəyin Azərbaycanın dövlət suverenliyinə gedən yolda ciddi məhdudiyyətlərin olduğunu qəbul etdiyini, hazırkı dövrdə isə dövlət suverenliyinin tam bərpasının ölkənin strateji hədəflərinə nail olmaq baxımından müstəsna əhəmiyyətini təsdiqlədiyini göstərir. Sorğu nəticələrinin təhlili 44 günlük Vətən müharibəsinin ictimai şüurda suverenlik anlayışının dönüş nöqtəsi rolunu oynadığını deməyə əsas verir.

Belə ki, əvvəlki dövrdə dövlət suverenliyinin bütün ölkə ərazisində tətbiqində praktiki məhdudiyyətlər, təbii sərvətlərdən tam istifadə olunmaması, xarici təsirlər ictimai rəydə bu sahədəki əsas problemlər kimi önə çıxıb. Suverenliyin tam bərpasından sonrakı mərhələdə isə ictimai rəy tamamilə fərqli reallığı qəbul edir.

Sorğu iştirakçılarının 77.4%-i dövlət suverenliyinin bərpasından əvvəl Azərbaycanın xarici siyasətində diqqətin daha çox işğal amilinə yönəlməsi səbəbindən qlobal və regional siyasi təşəbbüslərdə iştirak imkanının nisbətən məhdud olduğunu düşünür. Hazırda, yəni dövlət suverenliyinin tam bərpa olunduğu dövrə münasibətdə respondentlərin 96.0%-i Azərbaycan beynəlxalq münasibətlərdə daha geniş imkanlarla çıxış etdiyini bildirir.

Sorğu nəticələrinin təhlilinə əsasən, ölkə ictimaiyyətinin 73.7%-i dövlət suverenliyinin bərpasından əvvəlki dövrdə Azərbaycanın ölkə ərazisindən keçən qlobal və regional nəqliyyat layihələrində iştirak imkanlarının nisbətən məhdud olduğunu qeyd edib. Dövlət suverenliyinin tam bərpa olunduğu hazırkı dövrə münasibətdə respondentlərin 94.7%-i Azərbaycanın beynəlxalq və regional əməkdaşlıq imkanlarının daha geniş olduğunu vurğulayır.

Respondentlərin 89.6%-i 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycanın öz təbii sərvətlərindən, torpaq və digər resurslarından tam istifadə edə bilmədiyini qeyd edib. Bu göstərici əvvəlki dövrə münasibətdə ictimai rəydə ən böyük məhdudiyyət kimi yer alıb. Hazırkı dövrə münasibətdə isə respondentlərin 85.1%-i işğaldan azad olunmuş ərazilərin təbii sərvətlərinin ölkənin iqtisadi inkişafına təkan verdiyi mövqeyini təsdiqləyib.

Sorğuda iştirak edənlərin 75.0%-i əvvəlki dövrdə ərazilərin işğalı səbəbindən Azərbaycanın xarici investorlar üçün müəyyən mənada “riskli ölkə” imici yaratdığını bildirib. Respondentlərin 87.8%-i münaqişənin başa çatdığı hazırkı mərhələdə ölkəyə daha çox xarici investisiya cəlb etmək imkanı yarandığını qeyd edib.

Respondentlərin 79.5%-i Vətən müharibəsindən əvvəl, yəni münaqişə dövründə digər ölkələrin və təşkilatların Cənubi Qafqazda təsir imkanlarının güclü olduğunu, 88.3%-i münaqişənin başa çatdığı hazırkı mərhələdə Azərbaycanın Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası yaratdığını vurğulayıb.

Sorğuda iştirak edənlərin 72.3%-i 44 günlük müharibədən əvvəlki dövrdə işğalın nəticələrinin milli kimlik və dövlətçilik ideologiyası üzərində mənfi təsirləri olduğunu təsdiqləyib. Respondentlərin 92.8%-i torpaqların işğaldan azad olunmasının və dövlət suverenliyinin tam bərpasının vətəndaşların milli qürur, özünəinam və dövlətə bağlılıq hissini artırdığını bəyan edib.

Həmçinin respondentlərin 98.7%-i Azərbaycanın dünyada və regionda davam edən münaqişələr fonunda 44 günlük müharibədə ədalətli qalib obrazı yaratdığını vurğulayıb.
Ölkə ictimaiyyətinin 91.2%-i dövlət suverenliyinin tam bərpa olunduğu hazırkı mərhələdə Zəngəzur yolunun reallaşdığını, 82.5%-i Qarabağ və Şərqi Zəngəzurda yenidən məskunlaşmanın ölkə əhalisinin proporsional bölgüsünü təmin etdiyini, 82.7%-i vətəndaşların hüquq və azadlıqlarının genişlənməsi imkanı yarandığını vurğulayıb.
Beləliklə, keçirilən sosioloji sorğu 44 günlük Vətən müharibəsinin nəticələrinin və dövlət suverenliyinin tam bərpasının ictimai rəydə təkcə ərazilərin işğaldan azad olunması kimi deyil, beynəlxalq nüfuzun və imkanların güclənməsi, qalib milli kimlik və strateji təşəbbüslərdə aparıcı mövqeyin qazanılması kimi geniş perspektivdə qəbul olunduğunu göstərir. Cəmiyyətin mütləq əksəriyyəti suverenliyin tam bərpa olunduğu hazırkı dövrü həm tarixi qələbə, həm də gələcəyə açılan yeni imkanlar mərhələsi kimi dəyərləndirir.
Azərbaycanın dövlət suverenliyinin qorunmasında yeni dövrün çağırışları kimi ictimai rəy ilk növbədə hərbi güc və təhlükəsizlik (65.2%), milli birlik və vətəndaş həmrəyliyi (51.6%), diplomatiya və beynəlxalq nüfuz (49.7%) amillərini önə çəkir. Başqa sözlə, vətəndaşlar mövcud geosiyasi risklər fonunda təhlükəsizlik məsələlərini, milli birliyi və dövlətin beynəlxalq arenadakı mövqeyini dövlət suverenliyinin qorunmasının əsas təminatı kimi qəbul edir.
Nəticələrin təhlilinə əsasən növbəti sıralarda isə iqtisadi inkişaf (43.6%), sosial təminat (30.1%), qanunun aliliyi (27.2%), milli kimlik və yeni milli ideologiya (21.5%) istiqamətlərində çağırışlar yer alır.

Tədqiqat kəmiyyət metodologiyası əsasında aparılıb. Məlumatların toplanılması 2025-ci ilin 12 sentyabr – 16 sentyabr tarixlərində icra olunub. Sorğular yaşı 18 və yuxarı olan 1200 respondent arasında kompüter dəstəkli telefonla müsahibə (CATI) üsulundan istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin tədqiqat məqsədləri üçün istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see507

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see416

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see260

Millət vəkili: Artıq Qarabağ dan çəkinməyən klub yoxdur

17 Sentyabr 2025 18:59see214

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

17 Sentyabr 2025 19:47see162

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see157

Kənanla Afranın serialında o da olacaq Foto

17 Sentyabr 2025 17:38see155

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see142

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

18 Sentyabr 2025 00:37see139

Azərbaycan iqtisadi qüdrətini bərpa etdi İQTİSADÇI EKSPERT ŞƏRH ETDİ

17 Sentyabr 2025 17:02see133

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see132

22 yaşlı Mənzər meyiddən ona necə orqan köçürülməsindən DANIŞDI VİDEO

18 Sentyabr 2025 00:25see131

“İnsanın gələcəyi: Genlərdən çox mədəniyyət bizi dəyişdirir“ Yeni elmi araşdırma

17 Sentyabr 2025 23:42see129

Yaşlanmaqdan qorxanlar oxusun!

18 Sentyabr 2025 03:24see129

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

17 Sentyabr 2025 19:19see128

Qərbi Azərbaycan Xronikası: Böyük Ermənistan xülyası necə uydurulub?

17 Sentyabr 2025 22:39see128

Dizləri, oynaqları ağrıyanlar Bu payız meyvəsini yesin

17 Sentyabr 2025 21:02see126

İstanbul müftisi Türkiyənin Diyanət İşləri İdarəsinin sədri təyin edilib

18 Sentyabr 2025 02:28see126

Sabah Bakının bu rayonunda su olmayacaq

18 Sentyabr 2025 22:53see123

Liftlərə qənim kəsilənlər

17 Sentyabr 2025 19:14see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri