Icma.az
close
up
RU
STMEGI TV: “Azərbaycan İsrail üçün regionda mühüm tərəfdaş ola bilər”

STMEGI TV: “Azərbaycan İsrail üçün regionda mühüm tərəfdaş ola bilər”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Azərbaycan və İsrail arasında iqtisadi tərəfdaşlıq getdikcə strateji əhəmiyyət kəsb edir. İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda İsrailə səfəri ikitərəfli münasibətlərin inkişafında mühüm addım oldu, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni perspektivlər açdı”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Birinci Yəhudi İnternet Telekanalı STMEGI TV bildirib.

Məlumatda bildirilir:

Əsas görüşlər və razılaşmalar

Səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri İsrailin yüksək vəzifəli rəsmiləri, o cümlədən prezident İsaak Hersoq, energetika naziri Eli Koen, iqtisadiyyat naziri Nir Barkat, xarici işlər naziri Gideon Saar və maliyyə naziri Zeev Elkin ilə bir sıra görüşlər keçirib. Əsas diqqət ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələlərinə, investisiya mühitinə və birgə layihələrin perspektivlərinə yönəldilib.

Səfərin əsas hadisələrindən biri Azərbaycan nümayəndə heyətinin İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) yataqların kəşfiyyatı üçün lisenziyalaşdırma mərasimində iştirakı olub. Bu, artıq ARDNŞ və Union Energy arasında enerji ehtiyatlarının birgə kəşfiyyatına dair Memorandumun imzalanması ilə nəticələnən iki ölkə arasında enerji tərəfdaşlığının əhəmiyyətini vurğulayır.

Enerji sahəsində əməkdaşlıq və yeni perspektivlər

İsrail və Azərbaycan uzun müddətdir enerji sektorunda sıx əlaqələr saxlayır. Azərbaycan İsrailin əsas neft tədarükçülərindən biridir və onun tələbatının əhəmiyyətli hissəsini təmin edir. Cabbarovun səfəri tərəflərin davamlı inkişafda müasir tendensiyalara uyğun gələn bərpa olunan enerji və hidrogen enerjisi sahəsində texnologiyaların inkişafı da daxil olmaqla tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirməyə hazır olduğunu təsdiqləyib.

Yüksək texnologiya sektoru və innovasiya

Enerji ilə yanaşı, yüksək texnologiyalara investisiyalar və innovativ layihələr də danışıqların mühüm mövzusu olub. İsrail startaplar, süni intellekt, kibertəhlükəsizlik və aqrotexnika sahəsində qlobal liderdir, Azərbaycan isə rəqəmsal iqtisadiyyatını fəal şəkildə inkişaf etdirməyə çalışır. Bu sahədə əməkdaşlığın gücləndirilməsi Azərbaycan müəssisələri üçün yeni imkanlar aça, ölkəyə qabaqcıl texnologiyaların cəlb edilməsinə şərait yarada bilər.

Münasibətlərin strateji əhəmiyyəti

Azərbaycanın iqtisadiyyat nazirinin İsrailə səfəri iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni səviyyəyə yüksəldiyinin daha bir təsdiqi oldu. Tərəflər mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, strateji əhəmiyyətli sahələrdə gələcək layihələrin əsasını qoyurlar. İnvestisiya, ticarət, enerji, texnologiya və təhlükəsizlik Azərbaycan və İsrailin əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirə biləcəyi əsas sahələrdir.

Bakı ilə Təl-Əviv arasında iqtisadi əlaqələrin genişlənməsi təkcə ikitərəfli deyil, həm də regional əhəmiyyətə malikdir. Əlverişli coğrafi mövqeyi və artan iqtisadiyyatı ilə Azərbaycan İsrail üçün regionda mühüm tərəfdaş ola bilər. Öz növbəsində, İsrail özünün qabaqcıl texnologiyaları və innovativ həlləri ilə Azərbaycan iqtisadiyyatının əsas sahələrinin inkişafına mühüm töhfə verə bilər.

Mikayıl Cabbarovun İsrailə səfəri iqtisadi və digər sahələrdə daha sıx tərəfdaşlığa can atıldığına bir daha sübut oldu. İmzalanmış sazişlər və əldə edilmiş anlaşmalar hər iki ölkə üçün yeni perspektivlər açır, qarşılıqlı ticarətin, investisiyaların və texnoloji mübadilənin artmasına təkan verir. Qlobal çağırışlar və dəyişikliklər kontekstində bu cür tərəfdaşlıqlar iki dövlətin iqtisadi sabitliyinin və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan İsrail tərəfdaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:280
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri