Icma.az
close
up
RU
Stokholmda isveçli rejissorun Azərbaycan cazı haqqında filmi nümayiş etdirilib

Stokholmda isveçli rejissorun Azərbaycan cazı haqqında filmi nümayiş etdirilib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Stokholm, 7 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC

“Filmstaden Sergel” kinoteatrında isveçli fotoqraf və rejissor Mikael Silkeberqin “Folklor cazının Qərbdən Şərqə uzanan tarixi” filminin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İsveçdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin mədəniyyəti və musiqisinə maraq göstərən İsveçdə akkreditə olunmuş diplomatik missiyaların əməkdaşları, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Qonaqları salamlayan Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov tədbir iştirakçılarını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgərlərimizin həyatı və qanı bahasına qazanılmış şanlı Qarabağ Zəfərinin 5-ci ildönümü münasibətilə təbrik edib.

Tədbir çərçivəsində tamaşaçılara Qarabağda beş il ərzində aparılan genişmiqyaslı tikinti və bərpa işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonra isveçli rejissor Mikael Silkeberq çıxış edib.

Sənədli filmin rejissoru Azərbaycana heyranlığını ifadə edərək ölkəmizin zəngin irsinin Skandinaviya ölkələrində hələ də kifayət qədər təmsil olunmadığını və populyarlaşdırılmadığını diqqətə çatdırıb.

Silkeberqin sözlərinə görə, Azərbaycan mədəniyyətinin qədim kökləri olması ilə yanaşı, ölkə həm də gələcəyə uzanan yaradıcı enerjiyə malikdir. Rejissor Azərbaycan musiqisinə xüsusi diqqət yetirib, muğam və caz arasındakı dərin əlaqəni vurğulayıb. O, muğamın azad ruhu ilə caz improvizasiyasının enerjisinin bir çox cəhətdən sıx bağlı olduğunu, Azərbaycan cazının isə Şərq duyğularını Qərb texnikası ilə birləşdirdiyini qeyd edib.

Məhz bu vizyon onun yeni filmində öz əksini tapıb. Rejissorun sözlərinə görə, bu layihə musiqi vasitəsilə mədəniyyətlər arasında dialoq qurmaq cəhdidir.

“Caz sərhədləri aradan götürür. Azərbaycan cazı öz köklərinə sadiq qalaraq musiqidə yeni bir janrı təmsil edir. Bu, mənim üçün Şərqlə Qərb arasında görüşmə nöqtəsidir”, - deyən Silkeberq tədbirdə iştirak etdikləri üçün qonaqlara təşəkkür edib.

Qonaqların diqqətinə təqdim olunan “Folklor cazının Qərbdən Şərqə uzanan tarixi” filmində isveçli görkəmli caz musiqiçisi Yan Yohansson və Azərbaycan cazının banisi Vaqif Mustafazadə arasında paralellər göstərilir.

Filmdə Vaqif Mustafazadənin musiqi məktəbinin davamçıları - İsfar Sarabski, Elçin Şirinov, Emil Əfrasiyab, Şahin Növrəsli və Etibar Əsədli ustadın zəngin irsi və Azərbaycan cazının unikallığı haqqında düşüncələrini bölüşürlər.

Ekran əsərində, həmçinin atalarının yolunu davam etdirən caz ifaçılarının övladları - Anders və Yens Yohanssonlar, habelə Əzizə Mustafazadə ilə müsahibələr yer alır.

Tamaşaçılar tərəfindən hərarətlə qarşılanan filmin həm yüksək bədii səviyyəsi, həm də dərin mədəni mesajı yüksək qiymətləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri